Tarix:27/12/13
"Delta Telecom" şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında "Bakinternet"in payı 1% azalaraq 20,8 % təşkil edib, lakin buna baxmayaraq dövlət provayderi liderliyini saxlamaqda davam edir.
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan "Bakinternet", "Aztelekom", "Uninet" və "Azeronline" şirkətləri kəskin rəqabətə ötən ay da davam ediblər.
Son bir ay ərzində "Aztelekom"un bazar payı 3,3% azalaraq 13,21% təşkil edib, "Uninet"in payı 2%-dək artaraq 14,27% təşkil edib, "Azeronline"nın payı 1% artaraq 10,9%, "Dataplus" şirkətinin bazar payı 6,3%, "Connect" şirkətinin bazar payı cüzi azalaraq 5,8% təşkil edib.
Onların ardınca 4% bazar payı ilə "Azqtel", 3% –"Adanet", 2,9% - "Azstarnet", 3,4% –"Ultel", 2,9% - "Castel", 2,3% - Smart, 2% - "Avirtel", 1,4% - "Azeurotel" qərarlaşıb.
Digər provayderlər bazarda çox kiçik 0,01–1,21% ətrafında paya malikdirlər.
Qeyd edək ki, ötən ilin sonundan etibarən "Orbit.az", "Q-telecom", "Meqatelecom", "Globalnet", "Eurotelecom" kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Aynur Vəliyeva
Azərbaycan internet xidmətləri bazarında özəl provayderlərin payı artır
Azərbaycan internet xidmətləri bazarında özəl provayderlərin payının artmasına baxmayaraq, dövlət provayderləri liderliyi qoruyub saxlayır."Delta Telecom" şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında "Bakinternet"in payı 1% azalaraq 20,8 % təşkil edib, lakin buna baxmayaraq dövlət provayderi liderliyini saxlamaqda davam edir.
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan "Bakinternet", "Aztelekom", "Uninet" və "Azeronline" şirkətləri kəskin rəqabətə ötən ay da davam ediblər.
Son bir ay ərzində "Aztelekom"un bazar payı 3,3% azalaraq 13,21% təşkil edib, "Uninet"in payı 2%-dək artaraq 14,27% təşkil edib, "Azeronline"nın payı 1% artaraq 10,9%, "Dataplus" şirkətinin bazar payı 6,3%, "Connect" şirkətinin bazar payı cüzi azalaraq 5,8% təşkil edib.
Onların ardınca 4% bazar payı ilə "Azqtel", 3% –"Adanet", 2,9% - "Azstarnet", 3,4% –"Ultel", 2,9% - "Castel", 2,3% - Smart, 2% - "Avirtel", 1,4% - "Azeurotel" qərarlaşıb.
Digər provayderlər bazarda çox kiçik 0,01–1,21% ətrafında paya malikdirlər.
Qeyd edək ki, ötən ilin sonundan etibarən "Orbit.az", "Q-telecom", "Meqatelecom", "Globalnet", "Eurotelecom" kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Aynur Vəliyeva
Baxış sayı: 947
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib