Tarix:29/12/13
T.Kukun gəlirlərinə 1,4 milyon dollar məbləğində əməkhaqqının baza hissəsi və 2,8 milyon dollar məbləğində bonus daxildir. 2012-ci ildə baş direktor 4,2 milyon dollar qazanıb.
Şirkətin sənədlərində “Apple” top-menecerliyinin hər rəhbərinə ödənilmiş 2,6 milyon dollar məbləğində kompensasiya da öz əksini tapıb.
Yuxarıda göstərilən sənədlərdən, həmçinin şirkətin səhmdarlarının illik iclasının fevralın 28-də keçirilməsi məlum olub. İclas çərçivəsində səhmdarlar investor Karl İkanın 2014-cü ildə səhmlərin alışı üzrə proqramın həcminin 50 milyard dollaradək artırılması ilə bağlı təklifini müzakirə edəcəklər.
2012-ci ilin noyabrında “Apple” 2015-ci ilin dekabrınadək səhmdarlara 3 illik müddətə nəzərdə tutulan kapitalın qaytarılması proqramını elan edib. 2013-cü ilin aprelində proqramın həcmi iki dəfədən çox – ilkin 45 milyard dollardan 100 milyard dollaradək artırılıb. Proqrama həm səhmlərin geri alınması, həm də dividendlərin ödənilməsi daxildir, - "Digit www.digit.ru” yazır.
“Apple”ın baş direktoru 2013-cü ildə 4,25 milyon dollar qazanıb
ABŞ-ın “Apple” şirkətinin baş direktoru Tim Kuka 2013-cü il ərzində edilən ödənişlərin məbləği 4,25 milyon dollar təşkil edib. Bu barədə “Apple” tərəfindən ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim edilən sənədlərdə deyilir.T.Kukun gəlirlərinə 1,4 milyon dollar məbləğində əməkhaqqının baza hissəsi və 2,8 milyon dollar məbləğində bonus daxildir. 2012-ci ildə baş direktor 4,2 milyon dollar qazanıb.
Şirkətin sənədlərində “Apple” top-menecerliyinin hər rəhbərinə ödənilmiş 2,6 milyon dollar məbləğində kompensasiya da öz əksini tapıb.
Yuxarıda göstərilən sənədlərdən, həmçinin şirkətin səhmdarlarının illik iclasının fevralın 28-də keçirilməsi məlum olub. İclas çərçivəsində səhmdarlar investor Karl İkanın 2014-cü ildə səhmlərin alışı üzrə proqramın həcminin 50 milyard dollaradək artırılması ilə bağlı təklifini müzakirə edəcəklər.
2012-ci ilin noyabrında “Apple” 2015-ci ilin dekabrınadək səhmdarlara 3 illik müddətə nəzərdə tutulan kapitalın qaytarılması proqramını elan edib. 2013-cü ilin aprelində proqramın həcmi iki dəfədən çox – ilkin 45 milyard dollardan 100 milyard dollaradək artırılıb. Proqrama həm səhmlərin geri alınması, həm də dividendlərin ödənilməsi daxildir, - "Digit www.digit.ru” yazır.
Baxış sayı: 626
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır