12px13px15px17px
Tarix:29/12/13

Avtomatik növbə sistemi yaradılır

Azərbaycanda gələcəkdə vergilərin vaxtında və tam məbləğdə büdcəyə ödənilməsi imkanlarının genişləndirilməsi məqsədilə xidmət mərkəzlərində ödəniş terminalları quraşdırılacaq. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
 
Nazirlikdən bildirilib ki, Bakı şəhəri, M.Qaşqay küçəsi 56 ünvanında yeni istifadəyə verilmiş xidmət mərkəzində olduğu kimi, digər mərkəzlərdə də xidmət səviyyəsini müəyyən etmək və artırmaq məqsədilə avtomatik növbə və qiymətləndirmə avadanlıqları quraşdırılacaq: “Burada xidmət mərkəzlərinin interyerinin mövcud qaydalara uyğun, funksionallıq baxımındın yenidən dizaynı və texniki təchizatının yaxşılaşdırılması nəzərdə tutulub və bu istiqamətdə də işlər davam etdirilir”.
 
 
O da əlavə edilib ki,  bu il qəbul edilmiş “Vergi ödəyicilərinə xidmətlərin vahid standartları”na əsasən, xidmət mərkəzlərinin funksiyaları genişləndirilib, burada əlavə 50 növ xidmət göstərilməsi nəzərdə tutulub: “Artıq vergi ödəyiciləri vergi orqanlarının funksiyalarına aid bütün xidmətlərdən bilavasitə xidmət mərkəzinə müraciət etməklə tam şəkildə yararlana bilirlər. Xidmətləri tənzimləmək və onların keyfiyyətini artırmaq məqsədilə mərkəzlərdə vergi ödəyicilərinin qəbulu və xidmətin təşkili qaydaları təsdiq olunub”.
 
SEYMUR
 
 



Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024