Tarix:29/12/13
Milli Onkoloji Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramının, həmçinin yenidoğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası” proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olub: “Vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası ilə yanaşı, mikrobioloji müayinələrin aparılması Gəncə və İmişlidə də təşkil edilib. Bu laboratoriyalar müasir diaqnostik cihaz və avadanlıqla təchiz olunub. Eyni zamanda hazırda 4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib. İl ərzində Səhiyyə Nazirliyinə 16 mindən artıq, o cümlədən elektron xidmət vasitəsilə 1566 müraciət daxil olub. “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət planı”na əsasən, 2013-cü ildən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsinə başlanılıb. Elektron vasitələrdən istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin işə qəbulunda şəffaflığı təmin etməyə, həm də onların peşəkarlıq səviyyəsini obyektiv qiymətləndirməyə imkan verir”. Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülür.
Nazirlər Kabinetinin qərarı ilə Səhiyyə Nazirliyi üzrə təsdiq edilmiş siyahıdan 28 elektron xidmət hazırlanaraq nazirliyin rəsmi saytı vasitəsilə istifadəyə verilib. Eyni zamanda 27 elektron xidmət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstərən “Elektron hökumət” portalına qoşulub. Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya sistemlərində Fərdi İdentifikasiya Nömrəsi tətbiq edilib. Bundan əlavə stasionar tibb müəssisələrinin fəaliyyətinə elektron nəzarət sistemi, kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu və digər proqramlar hazırlanaraq tətbiq edilib. Hazırda müxtəlif xəstəliklər üzrə 11 registr fəaliyyət göstərir.
Həqiqət İSABALAYEVA
Azərbaycanda dağınıq skleroz xəstələrinin elektron registri yaradılıb
Azərbaycanda dağınıq skleroz xəstələrinin elektron registri yaradılıb. Səhiyyə Nazirliyinin 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş kollegiya iclasında bu barədə məlumat verən Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun sözlərinə görə, ötən müddətdə onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası da yaxşılaşdırılıb.Milli Onkoloji Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramının, həmçinin yenidoğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası” proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olub: “Vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası ilə yanaşı, mikrobioloji müayinələrin aparılması Gəncə və İmişlidə də təşkil edilib. Bu laboratoriyalar müasir diaqnostik cihaz və avadanlıqla təchiz olunub. Eyni zamanda hazırda 4278 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib. İl ərzində Səhiyyə Nazirliyinə 16 mindən artıq, o cümlədən elektron xidmət vasitəsilə 1566 müraciət daxil olub. “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət planı”na əsasən, 2013-cü ildən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsinə başlanılıb. Elektron vasitələrdən istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin işə qəbulunda şəffaflığı təmin etməyə, həm də onların peşəkarlıq səviyyəsini obyektiv qiymətləndirməyə imkan verir”. Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülür.
Nazirlər Kabinetinin qərarı ilə Səhiyyə Nazirliyi üzrə təsdiq edilmiş siyahıdan 28 elektron xidmət hazırlanaraq nazirliyin rəsmi saytı vasitəsilə istifadəyə verilib. Eyni zamanda 27 elektron xidmət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstərən “Elektron hökumət” portalına qoşulub. Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya sistemlərində Fərdi İdentifikasiya Nömrəsi tətbiq edilib. Bundan əlavə stasionar tibb müəssisələrinin fəaliyyətinə elektron nəzarət sistemi, kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu və digər proqramlar hazırlanaraq tətbiq edilib. Hazırda müxtəlif xəstəliklər üzrə 11 registr fəaliyyət göstərir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1411
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib