12px13px15px17px
Tarix:30/12/13

“Samsung” 110 düymlü “4K” formatlı televizor istehsal edib

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yanvarın 7-də Los-Ancelesdə işinə başlayacaq "CES 2014” sərgisində dünyanın ən böyük “4K” formatlı televizorunu nümayiş etdirəcəyini açıqlayıb.

Yeni televizor modeli 110 düym ekran diaqonalına malikdir və əvvəllər nümayiş olunan 85 düym diaqonallı televizor istehsal xəttinin təkmilləşdirilmiş variantı hesab olunur. Şirkətdən televizorun qiyməti barədə məlumat verilmir. Lakin hazırda 85 düymlü televizorların qiymətinin 40 min dollara olması sirr deyil.

Yeni televizorun hündürlüyü 1,8 metr, eni 2,6 metr təşkil edir. Bu ölçüyə malik televizorlar əsasən böyük zallarda, iri şirkətlərdə və s. yerlərdə qurulması üçün nəzərdə tutulub, - “Cybersecurity www.cybersecurity.ru” yazır.  



Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024