12px13px15px17px
Tarix:07/01/14

Azərbaycanda ötən il ərzində domen adlarının xalis artımı 4 minə yaxın olub


Azərbaycanda bu günə kimi 20763  domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir.

“ICTnews” xəbər xidmətinin Milli domenlərin tənzimləyicisinin rəsmi saytına istinadən verdiyi məlumata əsasən, ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib.

Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 11% artıb, domen sayının xalis artımı isə 17% təşkil edib. Qeyd edilən artıma daha bir səbəb bu il ölkədə onlayn-qeydiyyat sisteminin istifadəyə verilməsi olub.

Hazırda Azərbaycanda 19422 “*.az”, 793 “*.com.az”, 183 “*.edu.az”, 114 “*.org.az”, 64 “*.net.az”, 42 “*.int.az”, 51 “*.co.az”, 39 “*.pp.az”,  31 “*.info.az”, 12 “*.biz.az”, 4 “*.name.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Ötən il tək-tək istifadə edilən  “*.mil.az” və “*.pro.az” domenlərinə bu il tələbat olmayıb. Coğrafi adlardan ibarət domen adlarının sayı bu ilin əvvəlinə iki domen əlavə edilməklə artaraq 8 təşkil edib.

Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici  3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə  5478 domen adı olub.

Bu ilin əvvəlindən artıq 63 yeni domen qeydiyyatdan keçib və 1 domen ləğv edilib.

Aynur Vəliyeva
 
 



Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024