12px13px15px17px
Tarix:08/01/14

Çin oyun konsollarının satışına qadağanı ləğv edib


Çin stasionar oyun konsollarının satışına qoyulan qadağanı müvəqqəti olaraq ləğv edib.
Yerli hökumət xarici şirkətlərə azad iqtisadi zona olan Şanxay ərazisində konsolların istehsalına icazə verib. Əvvəllər Çində oyun konsollarının istehsalı qadağan edilsə də, sonradan daxili bazarda satılması şərtilə idxal olunan detallardan onların yığılmasına icazə verilirdi. Hazırkı qərar qəbul edildikdən sonra şirkətlər bütün Çin ərazisində öz məhsullarını sata biləcək.

Lakin oyun konsolları satışa çıxarılmazdan əvvəl mədəniyyət üzrə yerli dövlət idarələri, eləcə də ölkənin ali icraedici orqanı Çin Ali Dövlət Şurası tərəfindən yoxlanılacaq.   

Qeyd edək ki, Çin rəhbərliyi 2013-cü ilin sentyabrında oyun qurğularının satışına qadağanı ləğv etməyə hazırlaşdığını rəsmən bəyan edib. Lakin o vaxt bu qərarın həyata keçirilməsi ilə bağlı dəqiq müddət açıqlanmayıb. Yerli hakimiyyət 2000-ci ildə oyun qurğularının yayılmasına qadağa qoyaraq bunu yeniyetmələrin psixologiyasına mənfi təsir göstərməsi ilə izah edib, - “Lenta www.lenta.ru” yazır.   



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024