12px13px15px17px
Tarix:08/01/14

“Nar Mobile” abunəçiləri gözlədiklərindən daha artığını əldə edəcəklər

Bu ayın sonunadək istənilən tarifdən “3-ü 1-də” tarifinə keçid tamamilə pulsuz olacaq.“3-ü 1-də” tarifi ilə həftədə cəmi 2.80 AZN-ə bol zəng, SMS və İnternet təklif edən “Nar Mobile” mobil operatoru abunəçilərini müjdələməyə davam edir. Belə ki, mobil operatorun öz abunəçilərinə təklif etdiyi yeni “3-ü 1-də” tarifinə keçid cari ilin 31 yanvar tarixinədək tamamilə pulsuz olacaqdır.

Xatırladaq ki, tarif çərçivəsində abunəçilərə şəbəkədaxili 150 dəqiqə və 150 SMS, şəbəkəxarici isə 50 dəqiqə və 50 SMS, və 200 MB İnternet trafiki təqdim olunur.
 
Beləliklə, artıq “3-ü 1-də” tarifinə qoşulan “Nar Mobile” abunəçiləri bu sərfəli tarifdən yararlanaraq gözlədiklərindən daha artığını əldə edəcəklər.
 
 
RƏVAN
 



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024