Tarix:08/01/14
“ICTnews” xəbər xidmətinin “www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, Stiv Balmerin işinin davamçısı, çox güman ki, “Microsoft” vitse-prezidentlərindən biri olan Satya Nadella olacaq.
“Ford Motor”un baş direktoru, 68 yaşlı Alan Mallalinin ən azından 2014-cü ilin sonunadək “Microsoft” şirkətinə keçmək niyyəti yoxdur.
“Mən “Microsoft”un yeni lideri olacağımla bağlı söz-söhbətə son qoymaq istərdim. İş ondadır ki, mən “Ford”a rəhbərlik etməkdən başqa heç bir işlə məşğul olmağı planlaşdırmıram”, - deyə Mallali bildirib.
“Ford”la bağladığı sazişə əsasən, Mallali şirkətin baş direktoru vəzifəsində ən azı 2014-cü ilin sonunadək işləməlidir və Mallali xüsusən qeyd edib ki, bu razılaşmanı pozmaq niyyətində deyil.
“Ford”un başçısı “Microsoft”un rəhbərliyinin ona şirkətə rəhbərlik etmək təklifini etdiyi ilə bağlı məlumatı təsdiqləməyib. Lakin o deyib ki, bu cür şayiələr “Ford”a zərər yetirir.
Alan Mallali “Microsoft” korporasiyasının rəhbəri vəzifəsinə iki ən çox ehtimal edilən namizədlərdən biri idi. İkinci namizəd kimi göstərilən – Satya Nadella, “Microsoft Cloud and Enterprise” bölməsinin icraçı vitse-prezidentidir.
Xatırladaq ki, “Microsoft”un hazırkı başçısı Stiv Balmer 2013-cü ilin avqustunda 12 ay ərzində vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib.
Aynur Vəliyeva
“Microsoft”un yeni baş direktoru kim olacaq?
“Ford”un baş direktoru Alan Mallali “Microsoft”a keçəcəyi ilə bağlı şayiələrə son qoyub.“ICTnews” xəbər xidmətinin “www.cnews.ru” saytına istinadən verdiyi məlumata əsasən, Stiv Balmerin işinin davamçısı, çox güman ki, “Microsoft” vitse-prezidentlərindən biri olan Satya Nadella olacaq.
“Ford Motor”un baş direktoru, 68 yaşlı Alan Mallalinin ən azından 2014-cü ilin sonunadək “Microsoft” şirkətinə keçmək niyyəti yoxdur.
“Mən “Microsoft”un yeni lideri olacağımla bağlı söz-söhbətə son qoymaq istərdim. İş ondadır ki, mən “Ford”a rəhbərlik etməkdən başqa heç bir işlə məşğul olmağı planlaşdırmıram”, - deyə Mallali bildirib.
“Ford”la bağladığı sazişə əsasən, Mallali şirkətin baş direktoru vəzifəsində ən azı 2014-cü ilin sonunadək işləməlidir və Mallali xüsusən qeyd edib ki, bu razılaşmanı pozmaq niyyətində deyil.
“Ford”un başçısı “Microsoft”un rəhbərliyinin ona şirkətə rəhbərlik etmək təklifini etdiyi ilə bağlı məlumatı təsdiqləməyib. Lakin o deyib ki, bu cür şayiələr “Ford”a zərər yetirir.
Alan Mallali “Microsoft” korporasiyasının rəhbəri vəzifəsinə iki ən çox ehtimal edilən namizədlərdən biri idi. İkinci namizəd kimi göstərilən – Satya Nadella, “Microsoft Cloud and Enterprise” bölməsinin icraçı vitse-prezidentidir.
Xatırladaq ki, “Microsoft”un hazırkı başçısı Stiv Balmer 2013-cü ilin avqustunda 12 ay ərzində vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib.
Aynur Vəliyeva
Baxış sayı: 680
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır