Tarix:09/01/14
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, qaydalarda domen adlarının qeydiyyatı məsələləri, onların seçilməsi ilə bağlı şərtlər, qeydiyyata dair tələblər, qeydiyyatdan imtina edilməsi, domen adının yenidən qeydiyyatı, domen adından istifadəsinə dair məsələlər, həmçinin domen adlarının reyestrinin aparılması formaları öz əksini tapıb:
“Burada əsas məsələlərdən biri də qeydiyyatın onlayn şəkildə aparılması ilə bağlıdır. Məlumdur ki, bir müddət bundan əvvəl qeydiyyatın onlayn şəkildə aparılması sistemi istifadəyə verilmişdi. Bu qaydalarda da qeydiyyatın onlayn qaydada aparılması ilə bağlı proseslər tənzimlənir və hansı şəkildə ərizənin təqdim olunması, cavabların hansı şəkildə verilməsi və sair məsələlərə aydınlıq gətirilir. Buna qədər vətəndaşlar tərəfindən çoxlu şikayətlər olurdu ki, qeydiyyat üçün edilən müraciətlər və ümumilikdə qeydiyyat prosesi onlayn şəkildə aparılmasın. Çünki rayonlarda, ucqar bölgələrdə yaşayanlar qeydiyyat üçün Bakıya gəlməyə məcbur olurdular. Amma bu qaydaların tətbiqindən sonra onlayn qeydiyyatın aparılması və həmçinin onlayn müqavilələrin bağlanması ilə bağlı proseslər öz hüquqi çərçivəsini tapacaq və vətəndaşlar da bundan məmnun qalacaqlar”.
Qeyd edək ki, hazırlanan qaydalarda öz əksini tapan məsələlərdən biri də məsuliyyətlə əlaqədardır. Şöbədən qeyd olunub ki, burada qaydaların kimlər tərəfindən pozulması, kimlərin məsuliyyət daşıması və tərəflər arasında yaranan münasibətlərdə kimlərin iştirakı aydınlaşdırılıb.
Seymur Qasımbəyli
RİTN “Ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları”nı hazırlayıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən “Ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları” hazırlanıb. Sözügedən qaydalar və razılaşdırılması üçün artıq Ədliyyə Nazirliyinə təqdim olunub.Bu barədə “ICTnews” elektron xəbər xidmətinə RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, qaydalarda domen adlarının qeydiyyatı məsələləri, onların seçilməsi ilə bağlı şərtlər, qeydiyyata dair tələblər, qeydiyyatdan imtina edilməsi, domen adının yenidən qeydiyyatı, domen adından istifadəsinə dair məsələlər, həmçinin domen adlarının reyestrinin aparılması formaları öz əksini tapıb:
“Burada əsas məsələlərdən biri də qeydiyyatın onlayn şəkildə aparılması ilə bağlıdır. Məlumdur ki, bir müddət bundan əvvəl qeydiyyatın onlayn şəkildə aparılması sistemi istifadəyə verilmişdi. Bu qaydalarda da qeydiyyatın onlayn qaydada aparılması ilə bağlı proseslər tənzimlənir və hansı şəkildə ərizənin təqdim olunması, cavabların hansı şəkildə verilməsi və sair məsələlərə aydınlıq gətirilir. Buna qədər vətəndaşlar tərəfindən çoxlu şikayətlər olurdu ki, qeydiyyat üçün edilən müraciətlər və ümumilikdə qeydiyyat prosesi onlayn şəkildə aparılmasın. Çünki rayonlarda, ucqar bölgələrdə yaşayanlar qeydiyyat üçün Bakıya gəlməyə məcbur olurdular. Amma bu qaydaların tətbiqindən sonra onlayn qeydiyyatın aparılması və həmçinin onlayn müqavilələrin bağlanması ilə bağlı proseslər öz hüquqi çərçivəsini tapacaq və vətəndaşlar da bundan məmnun qalacaqlar”.
Qeyd edək ki, hazırlanan qaydalarda öz əksini tapan məsələlərdən biri də məsuliyyətlə əlaqədardır. Şöbədən qeyd olunub ki, burada qaydaların kimlər tərəfindən pozulması, kimlərin məsuliyyət daşıması və tərəflər arasında yaranan münasibətlərdə kimlərin iştirakı aydınlaşdırılıb.
Seymur Qasımbəyli
Baxış sayı: 1015
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib