Tarix:09/01/14
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, agentliyin məlumatına görə, aparata gözün qüzehli qişasının skaneri quraşdırılacaq. O, insanların identifikasiyasında istifadə olunacaq.
“Bloomberg” agentliyi, həmçinin qeyd edib ki, “Galaxy S5” ilə eyni anda “Galaxy Gear” smart saatlarının yeni nəsli təqdim ediləcək. Bu haqda “Samsung”un mobil bölməsinin vitse-prezidenti Li Yen Xi agentliyə məlumat verib.
Li Yen Xinin sözlərinə görə, yeni saat 2013-cü ilin sentyabrında çıxarılmış birinci nəsillə müqayisədə daha geniş imkanlara malik olacaq və qurğunun korpusu daha incə olacaq.
“Samsung”un vitse-prezidenti “Galaxy S5” smartfonu haqqında ətraflı məlumat verməkdən imtina edib.
“Samsung” dünyanın ən böyük mobil aparat istehsalçısıdır. Şirkətin smartfon və planşetlərinin əksəriyyəti, “Galaxy S” xəttinə aid aparatlar daxil olmaqla, “Android” əməliyyat sistemi ilə işləyir.
Emil Hüseynov
“Galaxy S5” smartfonunun çıxarılma tarixi açıqlanıb
Anonim mənbələrə istinadən “Bloomberg” agentliyinin yaydığı məlumata əsasən, “Samsung” şirkəti 2014-cü ilin aprelində “Galaxy S5” smartfonunu buraxacaq.“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, agentliyin məlumatına görə, aparata gözün qüzehli qişasının skaneri quraşdırılacaq. O, insanların identifikasiyasında istifadə olunacaq.
“Bloomberg” agentliyi, həmçinin qeyd edib ki, “Galaxy S5” ilə eyni anda “Galaxy Gear” smart saatlarının yeni nəsli təqdim ediləcək. Bu haqda “Samsung”un mobil bölməsinin vitse-prezidenti Li Yen Xi agentliyə məlumat verib.
Li Yen Xinin sözlərinə görə, yeni saat 2013-cü ilin sentyabrında çıxarılmış birinci nəsillə müqayisədə daha geniş imkanlara malik olacaq və qurğunun korpusu daha incə olacaq.
“Samsung”un vitse-prezidenti “Galaxy S5” smartfonu haqqında ətraflı məlumat verməkdən imtina edib.
“Samsung” dünyanın ən böyük mobil aparat istehsalçısıdır. Şirkətin smartfon və planşetlərinin əksəriyyəti, “Galaxy S” xəttinə aid aparatlar daxil olmaqla, “Android” əməliyyat sistemi ilə işləyir.
Emil Hüseynov
Baxış sayı: 644
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır