Tarix:09/01/14
“International Business Machines” (IBM) şirkəti “Watson” superkompüterinin hazırlanmasını “IBM Watson Group” adlı ayrıca bölməyə ayırmaq niyyətindədir.
Bölməyə 1 milyard dollardan çox vəsaitin yatırılması planlaşdırılır ki, bunun da 100 milyon dolları superkompüter üçün xüsusi əlavələr hazırlayan “start up”çıların maliyyələşdirilməsi məqsədilə vençur fondun yaradılmasına yönələcək.
“Watson Solutions” bölməsinin vitse-prezidenti Stiven Qoldun jurnalistlərə bildirdiyinə görə, yeni törəmə strukturda 2 min iş yeri açılacaq. Onun sözlərinə görə, “IBM Watson Group” bölməsi “IBM”-in avadanlıq, proqram təminatı və servislərlə məşğul olan bölmələrindən ayrı fəaliyyət göstərəcək.
Bölməyə “IBM Software Solutions Group”un baş vitse-prezidenti Maykl Rodin rəhbərlik edəcək. O, vəzifə səlahiyyətlərini proqram təminatı üzrə baş vitse-prezident Stiven Millsin tabeçiliyində yerinə yetirəcək.
2011-ci ildə “Jeopardy!” televiziya viktorinasının qalibi olan “IBM Watson” superkompüterinin hazırlanması informasiya texnologiyalarının yeni istiqamətinin yaradılmasında ilk atılan addımlardan biri hesab olunur. Proqnozlara görə, bu layihə 10 ildən sonra “IBM”-ə hər il 10 milyard dollaradək qazanc gətirəcək. “Watson Business Group” bölməsinin 2018-ci ilədək gəliri 1 milyard dollar səviyyəsində gözlənilir, - "DailyComm www.dailycomm.ru” yazır.
“IBM” şirkəti “Watson” superkompüteri üçün bölmənin yaradılmasına 1 milyard dollar ayıracaq

Baxış sayı: 761
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır