12px13px15px17px
Tarix:09/01/14

Qış imtahan sessiyasının gedişatını valideynlər onlayn izləyəcəklər

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) müxtəlif sahələrə tətbiqini zəruri edən əsas amillərdən biri də şəffaflıq prinsipinin gözlənilməsidir. Bu baxımdan, Odlar Yurdu Universiteti (OYU) də qış imtahan sessiyasına İKT əsaslı yeniliklərlə başlayıb.

Belə ki, Azərbaycan Respublikası təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə № 914 əmrinə əsasən, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunması təmin edilərək hər hansı şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə imtahan qərargahı yaradılıb. İmtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanın gedişatına valideynlərin birbaşa müşahidəsini təmin etmək məqsədilə imtahan otağının qabağında böyük ekran qoyulub.
 
OYU-nun prorektoru Salam Əliyevin sözlərinə görə, imtahanlarda şəffaflığın təmin edilməsi üçün pilot olaraq bir addım da atılıb. Belə ki, hər bir qrup üçün qış imtahan sessiyasının müəyyən fənlərinin test sualları kompüterlərlə təchiz olunmuş otaqda tələbələrin ixtiyarına verilib: “Tələbələr bu otaqda verilmiş fənlər üzrə test sual bazası ilə tanış ola biləcəklər. Gələcəkdə bu metodun bütün fənlərdə tətbiqi nəzərdə tutulub.
 
 
Universitetin magistratura pilləsində də imtahan sessiyasının şəffaflığını təmin etmək məqsədilə müvəffəqiyyətli addım atılıb. Belə ki, imtahan bazasına verilən suallar tələbələrin, valideynlərin və imtahan komissiyasının üzvlərinin gözü qabağında qarışdırılaraq bilet formasına salınır, çap edilərək fənn müəllimi ilə kafedra müdirinin təsdiqi ilə tələbəyə təqdim olunur. İmtahanın sonunda isə operativ olaraq tələbə qiymətləndirilir”.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 3066

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024