12px13px15px17px
Tarix:10/01/14

“Mophie” şirkəti “iPhone” üçün daxili yaddaş və akkumulyatorla təchiz edilmiş çexol təqdim edib

Uzun müddətdir “iPhone” üçün daxili akkumulyatorla təchiz edilmiş çexollar istehsal edən “Mophie” şirkəti “CES 2014” sərgisində “Space Pack” qurğusunu nümayiş etdirib. Bu çexol “iPhone 5” və “5s” smartfonları ilə işləyir və 1700 milliamper/saat tutumlu daxili batareyadan başqa, həmçinin 16 və ya 32 QB yaddaşla təchiz edilib. Beləliklə, çexolun köməyi ilə istifadəçi yalnız smartfonun avtonom iş vaxtını deyil, həm də onun yaddaşını artıra bilər.
 
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Space Pack” qurğusu “iPhone” smartfonuna “Lightning” konnektoru vasitəsilə qoşulur.

Emil Hüseynov
 



Baxış sayı: 887

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024