12px13px15px17px
Tarix:11/01/14

2017-ci ilədək mobil alışlar elektron ticarət bazarının 3/1 hissəsini təşkil edəcək


“Juniper Research” tədqiqat şirkəti qurğu istifadəçilərinin internetdə alış-veriş zamanı fəallıqlarını tədqiq edib.

Ekspertlərin proqnozuna əsasən, 2018-ci ilədək mobil qurğular vasitəsilə həyata keçirilən müxtəlif məhsulların pərakəndə satışı 707 milyard dollara çatacaq. Proqnozlaşdırılan dövrədək dünyada adambaşına 115 dollar məbləğində orta mobil alış düşəcək.   

2013-cü ildə alıcıların smartfon və planşetlər vasitəsilə etdikləri alış-verişin həcmi 182 milyard dollara bərabər olub ki, bu da dünya elektron ticarət bazarının 15 faizini təşkil edib. Dörd ildən sonra bu göstəricinin 30 faizə bərabər olacağı gözlənilir.  

“Juniper Research” nümayəndələrinin bildirdiyinə görə, hazırda mobil telefon və planşetə sahib olan istehlakçılar internetdə malı daha çox kompakt qurğu vasitəsilə axtarmağa, ödənişi isə planşet kompüterlə ödəməyə üstünlük verirlər. Ötən ilin sonunda planşetlər seqmentində internet satışlarının aylıq həcmi smartfonlarla müqayisədə daha yüksək olub.

İnsanlar qənaət məqsədilə alış-verişi adətən adi ticarət nöqtələrində deyil, internet mağazalarında edir. Lakin virtual məkanda mala toxunmaq və ya əyinə geyib yoxlamaq qeyri-mümkün olduğundan alıcılar bəzən əvvəlcə adi mağazaya gedərək malı öz gözləri ilə görür, daha sonra internetdə onu aşağı qiymətə axtarmağa başlayır. Bu alıcı taktikası “showrooming” adlandırılır.

Şirkət analitiki Vindzor Holden pərakəndə satışla məşğul olan ticarət nöqtələrinə müştərilərin bu cür davranışını diqqətdən kənarda saxlamamağı və mağaza əməkdaşlarını malların qiymətinin müqayisəsi üçün planşet kompüterlərlə təchiz etməyi tövsiyə edir. Planşetlərin köməyi ilə mağaza digər pərakəndə satış mağazaları ilə qiymət üstünlüyünü nümayiş etdirə, alıcılar isə növbədə durmadan alış üçün ödənişi tez edə bilər, - "DailyComm www.dailycomm.ru
yazır. 



Baxış sayı: 691

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024