Tarix:11/01/14
Onun sözlərinə görə, 2013-cü maliyyə ilinin sonunadək (31 mart 2014-cü ildə başa çatır) "Sony” smartfonlarının satış həcmi 42 milyon ədədə çataraq 2011-ci il göstəricisi ilə müqayisədə 2 dəfə artacaq. Gələcəkdə şirkət yüksək artım tempini qorumağı və 2015-ci maliyyə ilində 80 milyon smartfon satmağı planlaşdırır.
Bundan başqa, “Sony” geniş çeşidli qurğuların satışa çıxarılması və yeni alıcıların cəlb edilməsi sayəsində satış həcmini yüksəltməyi nəzərdə tutur. K.Hirai “Sony” smartfonlarını daha da populyar edəcək amillər arasında keyfiyyətli kameraları və şirkətin multimedia kontentindən istifadəyə imkan verən servislərini sadalayıb. O, həmçinin vurğulayıb ki, mobil texnika üçün akkumulyatorlar sahəsində işləmələr şirkətin qurğularına əlavə üstünlük qazandıra bilər. Xatırladaq ki, Yaponiya şirkəti 2013-cü ildə akkumulyator istehsalı üzrə bölməni satmaqdan imtina edib.
“Nikkei” nəşrinin məlumatına görə, hazırda “Sony” dünya smartfon istehsalçıları arasında yeddinci yeri tutur. Satış həcminin nəzərdə tutulan səviyyəyə çatdırılması Yaponiya istehsalçısına “Samsung” və “Apple” şirkətlərindən sonra üçüncü yerə çıxmağa imkan verəcək, - "Digit www.digit.ru” yazır.
“Sony” 2015-ci maliyyə ilində 80 milyon smartfon satmağı planlaşdırır
Yaponiyanın “Sony” şirkəti ABŞ və Çində bazar payının artırılması sayəsində 31 mart 2016-cı il tarixində başa çatacaq 2015-ci maliyyə ilində 80 milyon satılmış smartfon səviyyəsinə nail olmağı nəzərdə tutur. Bu barədə şirkətin baş direktoru Kazuo Hirai Yaponiyanın “Nikkei” nəşrinə müsahibədə bildirib.Onun sözlərinə görə, 2013-cü maliyyə ilinin sonunadək (31 mart 2014-cü ildə başa çatır) "Sony” smartfonlarının satış həcmi 42 milyon ədədə çataraq 2011-ci il göstəricisi ilə müqayisədə 2 dəfə artacaq. Gələcəkdə şirkət yüksək artım tempini qorumağı və 2015-ci maliyyə ilində 80 milyon smartfon satmağı planlaşdırır.
Bundan başqa, “Sony” geniş çeşidli qurğuların satışa çıxarılması və yeni alıcıların cəlb edilməsi sayəsində satış həcmini yüksəltməyi nəzərdə tutur. K.Hirai “Sony” smartfonlarını daha da populyar edəcək amillər arasında keyfiyyətli kameraları və şirkətin multimedia kontentindən istifadəyə imkan verən servislərini sadalayıb. O, həmçinin vurğulayıb ki, mobil texnika üçün akkumulyatorlar sahəsində işləmələr şirkətin qurğularına əlavə üstünlük qazandıra bilər. Xatırladaq ki, Yaponiya şirkəti 2013-cü ildə akkumulyator istehsalı üzrə bölməni satmaqdan imtina edib.
“Nikkei” nəşrinin məlumatına görə, hazırda “Sony” dünya smartfon istehsalçıları arasında yeddinci yeri tutur. Satış həcminin nəzərdə tutulan səviyyəyə çatdırılması Yaponiya istehsalçısına “Samsung” və “Apple” şirkətlərindən sonra üçüncü yerə çıxmağa imkan verəcək, - "Digit www.digit.ru” yazır.
Baxış sayı: 739
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır