Tarix:13/01/14
Onun əməkdaşlarının məlumatlarına əsasən, 2013-cü il oktyabr-dekabr ayları ərzində 142 milyon sərt disk tədarük edilib. Üçüncü rübdə bu göstərici 140 milyon olub. Masaüstü kompüter və istehlak elektronikası üçün 3,5 düymlük sərt disklərin həcmi 53 milyon təşkil edib.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, korporativ müəssisələr üçün HDD seqmentində tədarüklərin həcmi 2 milyon artıb: yeni il qabağı müəssisələrdə büdcələrin artımı, həmçinin “Windows XP” əməliyyat sisteminin dəstəklənməsinin tezliklə dayandırılması öz sözünü deyib. Qeyd edək ki, “Microsoft” korporasiyası 2014-cü ilin aprelindən bu əməliyyat sistemi üçün yeniləmə çıxarmayacaq.
2,6 düymlük disk lövhələri ilə təchiz edilmiş mobil sərt disk seqmentində kiçik artım qeydə alınıb. Bu, noutbuklar üçün qurğuların satış həcminin yaxşı olması və xarici HDD pərakəndə bazarında mövsümi artım ilə izah edilir.
Emil Hüseynov
Sərt disk tədarüklərinin həcmi cüzi artıb
“Trendfocus” analitik agentliyinin araşdırmasına əsasən, ötən ilin son rübünün nəticəsinə görə, sərt disk bazarının həcmi, demək olar ki, dəyişməyib.Onun əməkdaşlarının məlumatlarına əsasən, 2013-cü il oktyabr-dekabr ayları ərzində 142 milyon sərt disk tədarük edilib. Üçüncü rübdə bu göstərici 140 milyon olub. Masaüstü kompüter və istehlak elektronikası üçün 3,5 düymlük sərt disklərin həcmi 53 milyon təşkil edib.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, korporativ müəssisələr üçün HDD seqmentində tədarüklərin həcmi 2 milyon artıb: yeni il qabağı müəssisələrdə büdcələrin artımı, həmçinin “Windows XP” əməliyyat sisteminin dəstəklənməsinin tezliklə dayandırılması öz sözünü deyib. Qeyd edək ki, “Microsoft” korporasiyası 2014-cü ilin aprelindən bu əməliyyat sistemi üçün yeniləmə çıxarmayacaq.
2,6 düymlük disk lövhələri ilə təchiz edilmiş mobil sərt disk seqmentində kiçik artım qeydə alınıb. Bu, noutbuklar üçün qurğuların satış həcminin yaxşı olması və xarici HDD pərakəndə bazarında mövsümi artım ilə izah edilir.
Emil Hüseynov
Baxış sayı: 681
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır