12px13px15px17px
Tarix:13/01/14

Bir il ərzində “Google” patentlənmiş texnologiyaların sayını iki dəfə artırıb

Ötən il “Google” ABŞ-da təxminən 2000 patentə sahiblənib ki, bu da ötən illərlə müqayisədə iki dəfə daha çoxdur. Hərçənd internet korporasiya hələ ki ideyaların qeydiyyatı üçün müraciətlərin sayına görə başqa “oyunçu”larından geri qalır, onun fəallığı diqqətəlayiqdir və “Google”un smartfon bazarında inadkar işini əks etdirir. Axtarış nəhəngi, həmçinin daşınan elektronika sahəsinin gələcəyinə inanır.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mobil qurğu istehsalçıları arasında artan rəqabət şəraitində onlar tez-tez məhkəmələrə müraciət edirlər. Çoxlu sayda məhkəmə iddiaları ilə üzləşən “Google” şirkəti məhkəmələr zamanı istifadə üçün mühüm patentlərə sahiblənməkdən ötrü 12,5 milyard dollara “Motorola” firmasını satın almağa qərar verir.
 
ABŞ Patent və Əmtəə Nişanlarının Qeydiyyatı Bürosunun məlumatlarına əsasən, 2013-cü ildə “Google” tərəfindən 1920 patent müraciəti verilib ki, bu da “General Electric” və “LG Electronics”in birgə göstəricisindən çoxdur. “IFI CLAIMS Patent Services” tədqiqat şirkətinə əsasən, 2013-cü ildə “Google” ABŞ-ın 10 ən böyük patent alıcısından biri olub. 2012-ci ildə internet nəhəngi 21-ci yerdə olub.
 
“Google”un bu sıçrayışı “Google Glass” smart eynəyi və sürücüsüz avtomobillər kimi yeni məhsulların hazırlanması ilə bağlıdır. 2012-ci ildə 6500 patentə sahib “IBM” lider olub. Bu göstərici üzrə ikinci yerdə 5000-dən bir qədər az patentə malik “Samsung Electronics” yer alıb. 2013-cü ildə müraciətlərin sayına görə, həmçinin “IBM” və “Samsung” şirkətləri lider olublar.
 
“Apple” şirkəti siyahıda 12-ci yerdə qərarlaşıb. Beləliklə, “iPhone” və “iPad” istehsalçısı ideyaların patentləşdirilməsi fəallığına görə əsas rəqibi “Samsung” şirkətindən geri qalır.
 
Emil Hüseynov



Baxış sayı: 698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024