Tarix:14/01/14
Mütəxəssis kapitallaşma, ölkə və şirkətləri onların açıq dövriyyədəki qiymətli kağızlarının həcminə görə qiymətləndirib.
Nəticədə məlum olub ki, bəzi şirkətlərin kapitallaşması bir neçə ölkənin kapitallaşma həcmini ötür. Məsələn, “Facebook” sosial şəbəkəsinin dövriyyədə olan bütün səhmlərinin bazar dəyəri 145 milyard dollara çatdığı halda Malayziyanın analoji göstəricisi 143 milyard dollar təşkil edir, “IBM” şirkətinin kapitallaşması (204 milyard dollar) Meksikanın kapitallaşmasını (201 milyard dollar) ötür, “Google” internet şirkətinin kapitallaşması (380 milyard dollar) isə Braziliyanın kapitallaşma həcmindən (393 milyard dollar) cüzi geri qalır. “Wells Fargo” şirkəti (241 milyard dollar) Hindistan (234 milyard dollar) və Rusiyanı (225 milyard dollar) qabaqlayıb, "Starbucks” isə Türkiyə (57 milyard dollar) ilə təxminən eyni səviyyədə yer alıb. Siyahıda ən bahalı şirkət olan “Exxon”un kapitallaşması 439 milyard dollar təşkil etməklə Tayvanın kapitallaşma həcmini (430 milyard dollar) ötüb, - "Computerworld www.osp.ru” yazır.
“Facebook”un kapitallaşma həcmi Malayziyanın kapitallaşmasını ötür
“Bank of America Merill Lynch” bankının investisiya strategiyası üzrə baş mütəxəssisi Maykl Hartnett ABŞ-ın doqquz nəhəng şirkətinin (Exxon, Google, GE, Wells Fargo, P&G, IBM, Facebook, CVS və Starbucks) kapitallaşma həcmini iqtisadiyyatı inkişaf etməkdə olan doqquz ölkənin (Tayvan, Braziliya, Cənubi Afrika, Hindistan, Rusiya, Meksika, Malayziya, İndoneziya və Türkiyə) kapitallaşması ilə müqayisə edib.Mütəxəssis kapitallaşma, ölkə və şirkətləri onların açıq dövriyyədəki qiymətli kağızlarının həcminə görə qiymətləndirib.
Nəticədə məlum olub ki, bəzi şirkətlərin kapitallaşması bir neçə ölkənin kapitallaşma həcmini ötür. Məsələn, “Facebook” sosial şəbəkəsinin dövriyyədə olan bütün səhmlərinin bazar dəyəri 145 milyard dollara çatdığı halda Malayziyanın analoji göstəricisi 143 milyard dollar təşkil edir, “IBM” şirkətinin kapitallaşması (204 milyard dollar) Meksikanın kapitallaşmasını (201 milyard dollar) ötür, “Google” internet şirkətinin kapitallaşması (380 milyard dollar) isə Braziliyanın kapitallaşma həcmindən (393 milyard dollar) cüzi geri qalır. “Wells Fargo” şirkəti (241 milyard dollar) Hindistan (234 milyard dollar) və Rusiyanı (225 milyard dollar) qabaqlayıb, "Starbucks” isə Türkiyə (57 milyard dollar) ilə təxminən eyni səviyyədə yer alıb. Siyahıda ən bahalı şirkət olan “Exxon”un kapitallaşması 439 milyard dollar təşkil etməklə Tayvanın kapitallaşma həcmini (430 milyard dollar) ötüb, - "Computerworld www.osp.ru” yazır.
Baxış sayı: 674
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib