12px13px15px17px
Tarix:14/01/14

“Samsung Galaxy S5” yeni ekranla təchiz olunacaq


Bu yaxınlarda İT sahəsində “Samsung Galaxy S5” yeni aparıcı smartfon haqda məlumat yayılıb.
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, qeyri-rəsmi məlumatlara görə, qurğu fevralın sonunda “Mobile World Congress 2014” sərgisi çərçivəsində anons ediləcək, qurğuların satışları isə bu ilin aprel və ya may aylarında başlayacaq.
 
Bu gün “Samsung”a ən yaxın internet-nəşr “SamMobile” əlavə məlumatlar dərc  ediblər: “Samsung” orijinal “S5” ilə yanaşı, “S5 Mini” və “S5 Zoom” xüsusi versiyaları buraxmaq niyyətindədilər.
 

Öncə “SamMobile” artıq “Samsung” ilə bağlı bir neçə məlumat itkisini qeyd edib, demək olar ki, həmişə bu məlumatlar düzgün olub. Hazırda nəşr bildirir ki, o məlumatları şirkətdəki etibarlı mənbədən əldə edib.
 

Anonim mənbə bildirib ki, “S5” metal korpusa malik olacaq, halbuki mini-versiya platindən və daha qənaətli olacaq. Həmçinin bildirilir ki, “S5” yeni nəsil “AMOLED”-ekranla təchiz ediləcək, hansı ki, 2560х1440 piksel ölçüyə, 16 meqapiksel kameraya, “Samsung Exynos 6” prosessoruna və “Android 4.4 KitKat” əməliyyat sisteminə malik olacaq.
 
 “Samsung”dan olan mənbələr deyirlər ki, “S5” bütün göstəricilərə görə “iPhone 5S”-dən üstün olacaq, lakin tənqidi desək, “S5”-də inqilabi yenilik olmayacaq, burada yalnız “S4”-də tətbiq edilmiş texnologiyaların keyfiyyətli inkişafı olacaq.

Aynur Vəliyeva



Baxış sayı: 843

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024