12px13px15px17px
Tarix:15/01/14

“Google” şirkəti “Chrome 32” brauzerini təqdim edir

"Google" şirkəti 2014-cü ildə "Chrome" veb-brauzeri üçün ilk yenilənməsini təqdim edib. "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Chrome 32"-nin yeni versiyası bir çox müasir internet servisləri ilə təchiz edilib.  
 
Brauzer istifadəçinin "Spotify" və ya "Deezer" musiqi yayımı servislərinin hansına qoşulduğunu özü müəyyən etməyi öyrənib və bu pəncərənin başlığında dinamikin işarəsini təsvir edir. Brauzer eyni zamanda, istifadəçi "Chrome" üzərindən onlayn konfrans keçirirsə, videosessiyaları müəyyən etməyi öyrənib. "Google Cast" ötürülən  brauzerini və kontentini öyrənir.
 

"Chrome 32"-nin digər yenilikləri arasında ziyanverici internet-kontentin aşkar edilməsi, onun kompüterə düşməsinin daha rahat bağlanması funksiyalarını qeyd etmək olar.
 

Brauzerin "Windows" versiyası ilə "Chrome 32"-də kompüterin iş masasında "Windows 8 Metro" rejimində "Chrome Apps" əlavələrinin işarə şəklində təsvir edilməsi mümkün olub.
 
"Chrome 32"-nin "Supervised Users" əlavəsi isə bir neçə törəmə akkaunt yaratmağa imkan verir.
 

Bundan başqa, "Chrome 32"-də bəzi "baq"lar düzəldilib, "Android" üçün "Google Chrome" ilə inteqrasiya yaxşılaşdırılıb və "Symantec Norton Security"  proqram təminatı ilə konflikt həll edilib.
 
Aynur Vəliyeva



Baxış sayı: 791

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024