12px13px15px17px
Tarix:15/01/14

2013-cü ilin oktyabr-dekabrında Çində “iPhone” smartfonlarının satışı rekord həddə çatıb

"Apple" şirkətinin baş direktoru Tim Kuk dekabrın sonunda başa çatmış cari maliyyə ilinin birinci rübündə Çində "iPhone" smartfonlarının satış həcminin rekord yüksək həddə çatmasını bildirib.


Çinin KİV nümayəndələri üçün keçirilən brifinqdə çıxış edən baş direktor "China Mobile" operatoru ilə əməkdaşlığın perspektivləri barədə nikbin fikirdə olduğunu deyərək abunəçi bazası 750 milyonu ötən operator vasitəsilə satışın dekabr rübünün rekordunu qırmağa imkan verəcəyini gözlədiyini qeyd edib. "Bu həftənin sonundan etibarən "iPhone" modelləri 3 mindən çox satış nöqtəsində satışa çıxarılacaq. "China Mobile" "Apple"ın hələlik əhatə etmədiyi əksər şəhərlərdə fəaliyyət göstərir", - T.Kuk vurğulayıb.  


Çin mobil rabitə operatorunun Direktorlar Şurasının sədri Si Qohua deyib ki, çinli alıcılar ötən ilin dekabrın 25-dən "iPhone" üçün əvvəlcədən milyonlarla sifarişlər ediblər ki, bu da qurğuya yüksək tələbatın olmasından xəbər verir. O, şirkətlərin əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirsə də, bu əməkdaşlığın hansı istiqamətləri əhatə edəcəyi barədə məlumat verməyib.

Şirkətlər Çində "Apple"ın satış həcmi haqqında dəqiq nəticələri açıqlamayıblar, lakin bunun yanvarın sonunda rüblük maliyyə göstəricilərinin açıqlanması zamanı ediləcəyi gözlənilir. Ötən ilin iyul-sentyabrında ABŞ istehsalçısının Honkonq və Tayvan daxil olmaqla Çin bazarında payı 5,73 milyard dollar təşkil edib.
"Trefis" şirkətinin qiymətləndirməsinə əsasən, "China Mobile" 2014-cü ildə ayda 1,5 milyon "iPhone" sata və "Apple" üçün əlavə 20 milyon aktivləşdirilmiş qurğu təmin edə bilər. Bununla yanaşı, istehsalçı daha sərfəli qiymətlər təklif edən yerli rəqiblərlə mübarizə aparmalıdır.

Çin "Apple" üçün mədaxilin həcminə görə ABŞ və Avropadan sonra üçüncü bazar hesab edilir. 2013-cü ilin dekabrında ABŞ şirkəti Çinin nəhəng "China Mobile" mobil rabitə operatoru ilə "iPhone" smartfonlarının tədarükünə dair saziş imzalayıb. "China Mobile" salonlarında "iPhone 5S" və "iPhone 5C" modellərinin satışına yanvarın 17-dən etibarən başlanacaq, - "Digit www.digit.ru" yazır.   
 
 



Baxış sayı: 730

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024