12px13px15px17px
Tarix:15/01/14

İşsizlik müavinətini elektron qaydada necə almalı?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) Azərbaycan vətəndaşlarına “İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini göstərir. Bu xidmət vasitəsilə vətəndaşlar həm vaxt itkisinin, həm əlavə xərclərin qarşısını ala bilər, həm də lazımı sənədlərini mənzillərini tərk etmədən müvafiq orqana təqdim etmək imkanı əldə edir. Nazirlik bildirib ki, sözügedən xidmətdən istifadə etmək üçün qurumun rəsmi saytında göstərilən sistemə daxil olmaq lazımdır. Sistemə qoşulmaq üçün istifadəçi adını və şifrəni yazmalıdır.
 
 
Əks halda isə qeydiyyatdan keçmək məsləhət görülür. ƏƏSM vurğulayır ki, qeydiyyatdan keçən zaman vacib olan bir neçə məqama diqqət etmək lazımdı. Bura istifadəçi adı, şifrə, təkrar şifrə, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, şəxsiyyət vəsiqəsinin PİN kodu, adı, soyadı, ata adı, doğum tarixi, cinsi, qeydiyyatda olduğu ünvan, rayon, telefon nömrələri, e-mail ünvan daxildir. Eyni zamanda müraciət edən şəxs təhsil, peşə və ixtisas, əmək fəaliyyəti, şəxsiyyət vəsiqəsinin surətini, təhsil haqqında sənədin surətini, əmək kitabçasının surətini,  son 12 ay üzrə orta əməkhaqqı haqqında arayışın surətini, pensiya almaması haqda arayışı, fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqda arayışı, himayəsində olan 18 yaşına catmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surətini təqdim etməlidir.
 
 
Müraciət edən şəxsə qeydiyyatdan keçdikdən sonra formaya daxil etdiyi e-mail ünvanına qeydiyyatdan keçməsi barədə məktub gələcək. Bundan sonra, sistemə daxil olmaq üçün istifadəçi adı və şifrə daxil edilməlidir. Nazirlik bildirib ki, sözügedən sistemə daxil olduqdan sonra vətəndaşlar tələb olunan sənədlərdən hər hansınısa yükləməyibsə, o zaman sistemdən endirə bilər. Üstəlik, müraciət edən şəxslər üçün administratora istənilən zaman öz fikirlərini yazmaq imkanı yaradılıb. Sənədlərin qəbul olunub-olunmaması haqqında isə şəxsin hesabına və e-mail ünvanına xəbərdarlıq məktubu göndərilir.
 
Seymur Qasımbəyli



Baxış sayı: 385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Avqust 2019

24 08 2019

24/08/19
“Silence” haker qruplaşmasının vurduğu ziyan açıqlanıb

“Silence” haker qruplaşmasının bütün dünya üzrə vurduğu ziyan 4,2 milyon dollar təşkil edib. Bu barədə ki

24/08/19
“5G” infrastrukturu sahəsində xərclər 2 dəfə artacaq

“Gartner” analitik şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) infrastrukturunun inkişafı üzrə proqn

24/08/19
“Intel” süni intellekt üçün ilk prosessor hazırlayıb

“Intel” şirkəti “Nervana NNP-I” (digər adı Springhill) prosessorunu təqdim edib.