Tarix:15/01/14
“ICTnews” xəbər xidmətinin məlumatına görə, belə tədbirlərin davamı olaraq, komitə tərəfindən Lənkəran şəhərində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə və e-xidmətlərlə bağlı seminar keçirilib. Seminarın təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maarifləndirmənin daha da genişləndirilməsi, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır.
Eyni zamanda, dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərin qeydiyyat prosesinin praktik tərəfləri və prosedurları barədə hüquqi biliklərinin daha da artırılmasıdır. Daşınmaz əmlakın qeydiyyatının iqtisadi və sosial səmərələrinin ictimaiyyətə çatdırılması da tədbirin məqsədlərindəndir.
Seminar Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı və regional idarələrinin, Lənkəran, Lerik, Astara, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar və Astara rayonları üzrə dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbirdə daşınmaz əmlakın qeydiyyatı üçün zəruri olan hüquqi sənədlər, həmin sənədlərə dair tələblər, qeydiyyatın mərhələləri və müddətləri, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsindən bəhs edilib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlər, əmlak barədə yüklülük arayışlarının onlayn rejimdə verilməsi barədə ətraflı məlumat verilib. Seminarda daşınmaz əmlakın vahid dövlət kadastrının mahiyyəti, bu sahədə normativ-hüquqi baza və Əmlak Məsələləri Dövlət Komitəsinin gördüyü işlərdən bəhs olunub. Daşınmaz əmlakın kadastrının növləri, strukturu, prinsipləri və mərhələləri barədə izahlar verilib. Kadastr uçotunun aparılması qaydaları və zəruriliyi, kadastr işinin texniki tərəfləri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə daşınmaz əmlakın qeydiyyatının iqtisadi, sosial faydaları və nəticələri qeyd olunub. Vurğulanıb ki, hər bir vətəndaş üçün mülkiyyət hüquqlarının tanınması məsələsi mühüm əhəmiyyət daşıdığından bu sahədə hüquqi maariflənmənin təmin edilməsi son dərəcə zəruridir.
Son illərdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində baş verən yeniliklər və sürətli inkişaf bu sahənin iqtisadi və sosial səmərəliliyini daha da artırır. Bu inkişafı şərtləndirən əsas faktorlar hüquqi bazanın təkmilləşməsi, qeydiyyat prosedurlarının sadələşməsi, qeydiyyat müddətlərinin qısaldılması və elektron xidmətlərin tətbiqidir.
SEYMUR
Elektron xidmətlər inkişafı şərtləndirən əsas faktorlardan biridir
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyat və kadastrı ilə bağlı şəffaflığın daha da artırılması, ictimaiyyət üçün maarifləndirmə və hüquqi izahat işlərinin aparılması istiqamətində müntəzəm tədbirlər həyata keçirir, komitənin göstərdiyi elektron xidmətləri təşviq edir.“ICTnews” xəbər xidmətinin məlumatına görə, belə tədbirlərin davamı olaraq, komitə tərəfindən Lənkəran şəhərində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə və e-xidmətlərlə bağlı seminar keçirilib. Seminarın təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maarifləndirmənin daha da genişləndirilməsi, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır.
Eyni zamanda, dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərin qeydiyyat prosesinin praktik tərəfləri və prosedurları barədə hüquqi biliklərinin daha da artırılmasıdır. Daşınmaz əmlakın qeydiyyatının iqtisadi və sosial səmərələrinin ictimaiyyətə çatdırılması da tədbirin məqsədlərindəndir.
Seminar Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı və regional idarələrinin, Lənkəran, Lerik, Astara, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar və Astara rayonları üzrə dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbirdə daşınmaz əmlakın qeydiyyatı üçün zəruri olan hüquqi sənədlər, həmin sənədlərə dair tələblər, qeydiyyatın mərhələləri və müddətləri, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsindən bəhs edilib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlər, əmlak barədə yüklülük arayışlarının onlayn rejimdə verilməsi barədə ətraflı məlumat verilib. Seminarda daşınmaz əmlakın vahid dövlət kadastrının mahiyyəti, bu sahədə normativ-hüquqi baza və Əmlak Məsələləri Dövlət Komitəsinin gördüyü işlərdən bəhs olunub. Daşınmaz əmlakın kadastrının növləri, strukturu, prinsipləri və mərhələləri barədə izahlar verilib. Kadastr uçotunun aparılması qaydaları və zəruriliyi, kadastr işinin texniki tərəfləri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə daşınmaz əmlakın qeydiyyatının iqtisadi, sosial faydaları və nəticələri qeyd olunub. Vurğulanıb ki, hər bir vətəndaş üçün mülkiyyət hüquqlarının tanınması məsələsi mühüm əhəmiyyət daşıdığından bu sahədə hüquqi maariflənmənin təmin edilməsi son dərəcə zəruridir.
Son illərdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində baş verən yeniliklər və sürətli inkişaf bu sahənin iqtisadi və sosial səmərəliliyini daha da artırır. Bu inkişafı şərtləndirən əsas faktorlar hüquqi bazanın təkmilləşməsi, qeydiyyat prosedurlarının sadələşməsi, qeydiyyat müddətlərinin qısaldılması və elektron xidmətlərin tətbiqidir.
SEYMUR
Baxış sayı: 667
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır