12px13px15px17px
Tarix:15/01/14

Azərbaycanlı investorların nəzərinə: Belarusa məxsus “MTS” MMC-nin səhm paketinin 51%-lik hissəsi satılır

 Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edərək, Belarus Respublikasının mülkiyyətində və “Beltelekom” unitar müəssisəsinin idarəçiliyində olan “MTS” Məhdud Məsuliyyətli Cəmiyyətinin səhm paketinin  51 %-lik hissənin satışının həyata keçirilməsi üçün investor seçimi ilə bağlı   Belarus Respublikasının Dövlət Əmlak Komitəsi tərəfindən müsabiqə elan edildiyi barədə məlumat verib.
 
Belarus Respublikasının mobil rabitə sahəsində ən böyük və perspektivli müəssisənin səhm paketinin hissəsinin satışı ilə bağlı kommersiya təklifinin Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkətlər və digər fərdi investorlar üçün maraqlı ola biləcəyini nəzərə alaraq bildiririk ki, müsabiqə 6 fevral 2014-cü il tarixində Minsk şəhərində keçiriləcək.
 
Müsabiqədə iştirak etmək istəyənlərə Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən hər cür köməklik göstəriləcək.
 
Müsabiqədə iştirakla bağlı Belarus Respublikasının Dövlət Əmlak Komitəsinin “http://www.gki.gov.by internet səhifəsində əlavə məlumat əldə etmək olar.      
        



Baxış sayı: 1472

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024