12px13px15px17px
Tarix:16/08/11

Stiv Cobsun ilk rəsmi tərcümeyi-halı

“Apple” şirkətinin rəhbəri Stiv Cobsun rəsmi tərcümeyi-halının çıxışı 2012-ci ilin mart ayından 2011-ci ilin noyabr ayına keçirilib. Bu barədə “All Things Digital” bloqu xəbər verib. "Steve Jobs: A Biography" (" Stiv Cobs: tərcümeyi-hal") kitabının satışa daxil olmasının yeni tarixi “Barnes & Noble” Amerika kitab şəbəkəsinin saytında göstərilib. Həmin tarix 2011-ci ilin noyabr ayının 21-dir. Riteyler artıq indidən sifarişləri qəbul edir, kitabın qiyməti 20 dollar 40 sent təşkil edir. Cobsun 448 səhifəlik tərcümeyi-halı “Simon & Schuster” nəşriyyatında çıxarılacaq. Kitabın müəllifi Amerika publisisti Uolter İsaaksondur. "Steve Jobs: A Biography" kitabı Cobsun razılığı ilə dərc edilən “Apple” rəhbərinin ilk tərcümeyi-halı olacaq. Kitab üzərində işləyən İsaakson Cobs, onun ailə üzvləri və dostlarından təxminən 40 müsahibə götürüb.


lenta.ru



Baxış sayı: 1213

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024