12px13px15px17px
Tarix:16/01/14

“YouTube” yeni şərh sistemini tətbiq edir


“YouTube” kontent yaradıcılarının təsiri nəticəsində kanalların administratorları üçün videoçarxların altında istifadəçi şərhlərinin idarəetməsini asanlaşdırıb.
 
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verilən məlumata əsasən, yeni dəyişiklik ötən il şirkət yeni spamın filrasiyası sistemini, həmçinin şərhlərin “YouTube” və “Google+” sosial şəbəkəsində inteqrasiya sisteminin tətbiqinin həyata keçirilməsi ilə bağlı dəyişikliyin ardınca gəlir.

Tətbiqdən bir müddət sonra məlum oldu ki, yeni sistemdə, saytda narazılığa səbəb olan spam, virus daşıyıcı istinadlar və çox böyük şərhlər qarşısında acizdir. Yeni sistem həmçinin digər istifadəçiləri təhqir edən və “troll” adlanan iştirakçılara reytinqlərdə məlumatlarını qaldırmağa imkan verən boşluqlara meyillidir. Bu vəziyyət “YouTube”da ASCII-artın inkişafına gətirib çıxardı.
 

Hazırda “Google”da deyirlər ki, şirkət öncəki relizinin zəifliyini anlayıb və demək olar ki, həmin andan şərhlər sisteminin yeni versiyası üzərində işləməyə başlayıb, hansı ki, artıq “YouTube”da təqdim edilib. Şirkətdə bildiriblər ki, yeni sistem portalda video müəllifləri arasında məşhurlaşacaq. Yenilik portalda köhnə şərhlər qoymağa imkan verir, halbuki öncəki sistem onları aktual olmayan kimi ləğv edirdi.
 

Bundan başqa, video müəllifləri baş səhifədən daha asan şərhləri silə, spam qeyd edə, istifadəçilərə şikayət edə, reytinqləri artıra və azalda bilərlər, həmçinin videoya cavab verə bilərlər. Ümumilikdə, “Google”da deyirlər ki, yeni sistem istifadəçilərə, müəlliflərə olduğu kimi faydalı ola bilər,  çünki    hər ikisinin rahatlığının artırılması istiqamətində işləyir.
 
Aynur Vəliyeva



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024