Tarix:16/01/14
“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Microsoft” şirkətinin indiki CEO-su Stiv Balmer 2013-cü ilin avqustunda qarşıdakı 1 il ərzində öz vəzifəsini tərk etmək planlarını bölüşüb. Bill Qeytsin yer aldığı xüsusi komissiya varisin axtarışı ilə məşğuldur. Balmerin ehtimal edilən varisləri siyahısında Vestberqdən başqa, “Microsoft” korporasiyasının biznes bölməsinin rəhbəri Satya Nadella və “Nokia” şirkətinin keçmiş direktoru Stiven Elop da var.
Noyabrın sonunda “Bloomberg” agentliyi etibarlı mənbələrə istinadən “Ford” avtomobil istehsalçısının baş direktoru Alan Mulallini “Microsoft”un direktoru postuna əsas namizəd adlandırmışdı. Lakin bu ilin yanvarında məlum olub ki, Mulalli proqram nəhənginin komandasına qoşulmaq niyyətində deyil.
Vestberq 1988-ci ildə “Ericsson” şirkətində işləməyə başlayıb, 2007-2009-cu illərdə əsas maliyyə direktoru vəzifəsini icra edib. O, 2010-cu ilin yanvarında “Ericsson” şirkətinin baş direktoru olub.
Emil Hüseynov
“Ericson” şirkətinin baş direktoru “Microsoft”un baş direktoru postuna namizəddir
“Bloomberg” agentliyi yazır ki, “Microsoft” korporasiyasının Direktorlar şurası İsveçin “Ericsson” şirkətinin direktoru Hans Vestberqi şirkətin yeni baş direktoru vəzifəsində görür.“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Microsoft” şirkətinin indiki CEO-su Stiv Balmer 2013-cü ilin avqustunda qarşıdakı 1 il ərzində öz vəzifəsini tərk etmək planlarını bölüşüb. Bill Qeytsin yer aldığı xüsusi komissiya varisin axtarışı ilə məşğuldur. Balmerin ehtimal edilən varisləri siyahısında Vestberqdən başqa, “Microsoft” korporasiyasının biznes bölməsinin rəhbəri Satya Nadella və “Nokia” şirkətinin keçmiş direktoru Stiven Elop da var.
Noyabrın sonunda “Bloomberg” agentliyi etibarlı mənbələrə istinadən “Ford” avtomobil istehsalçısının baş direktoru Alan Mulallini “Microsoft”un direktoru postuna əsas namizəd adlandırmışdı. Lakin bu ilin yanvarında məlum olub ki, Mulalli proqram nəhənginin komandasına qoşulmaq niyyətində deyil.
Vestberq 1988-ci ildə “Ericsson” şirkətində işləməyə başlayıb, 2007-2009-cu illərdə əsas maliyyə direktoru vəzifəsini icra edib. O, 2010-cu ilin yanvarında “Ericsson” şirkətinin baş direktoru olub.
Emil Hüseynov
Baxış sayı: 578
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır