12px13px15px17px
Tarix:16/01/14

“Ericson” şirkətinin baş direktoru “Microsoft”un baş direktoru postuna namizəddir

“Bloomberg” agentliyi yazır ki, “Microsoft” korporasiyasının Direktorlar şurası İsveçin “Ericsson” şirkətinin direktoru Hans Vestberqi şirkətin yeni baş direktoru vəzifəsində görür.

“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki,  “Microsoft” şirkətinin indiki CEO-su Stiv Balmer 2013-cü ilin avqustunda qarşıdakı 1 il ərzində öz vəzifəsini tərk etmək planlarını  bölüşüb. Bill Qeytsin yer aldığı xüsusi komissiya varisin axtarışı ilə məşğuldur. Balmerin ehtimal edilən varisləri siyahısında Vestberqdən başqa, “Microsoft” korporasiyasının biznes bölməsinin rəhbəri Satya Nadella və “Nokia” şirkətinin keçmiş direktoru Stiven Elop da var.

Noyabrın sonunda “Bloomberg” agentliyi etibarlı mənbələrə istinadən “Ford” avtomobil istehsalçısının baş direktoru Alan Mulallini “Microsoft”un direktoru postuna əsas namizəd adlandırmışdı. Lakin  bu ilin yanvarında məlum olub ki, Mulalli proqram nəhənginin komandasına qoşulmaq niyyətində deyil.
Vestberq 1988-ci ildə “Ericsson” şirkətində işləməyə başlayıb, 2007-2009-cu illərdə əsas maliyyə direktoru vəzifəsini icra edib. O, 2010-cu ilin yanvarında “Ericsson” şirkətinin baş direktoru olub.

Emil Hüseynov



Baxış sayı: 327

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Avqust 2019

24 08 2019

24/08/19
“Silence” haker qruplaşmasının vurduğu ziyan açıqlanıb

“Silence” haker qruplaşmasının bütün dünya üzrə vurduğu ziyan 4,2 milyon dollar təşkil edib. Bu barədə ki

24/08/19
“5G” infrastrukturu sahəsində xərclər 2 dəfə artacaq

“Gartner” analitik şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) infrastrukturunun inkişafı üzrə proqn

24/08/19
“Intel” süni intellekt üçün ilk prosessor hazırlayıb

“Intel” şirkəti “Nervana NNP-I” (digər adı Springhill) prosessorunu təqdim edib.