Tarix:16/01/14
AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan və Latviya respublikaları arasında uzun illərdir müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Oyars Sparitis AMEA ilə elmi əməkdaşlığa dair LEA-nın təkliflərini azərbaycanlı həmkarının diqqətinə çatdırıb. Təkliflərin müzakirəsindən sonra Akif Əlizadə qeyd edib ki, AMEA-nın Fizika, İnformasiya Texnologiyaları, Arxeologiya və Etnoqrafiya, Ədəbiyyat, Coğrafiya, Botanika və digər institutlarının rəhbərləri Latviya Elmlər Akademiyası və bu ölkənin ali məktəbləri ilə sıx əlaqələrin tərəfdarıdır. Əlaqələr çərçivəsində elmi mübadilə, müxtəlif istiqamətlərdə müştərək layihə, ezamiyyət, treninq və digər tədbirlər həyata keçirilə bilər.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, görüşün sonunda “Latviya Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafı haqqında” memorandum imzalanıb.
Sənəddə 2014-2015-ci illərdə fizika-texnika və kimya-biologiya elmləri sahəsində müştərək formada fundamental və tətbiqi tədqiqat istiqamətlərinin müəyyən edilməsi, mədəniyyət abidələrinin bərpası üzrə birgə layihələrin mümkünlüyü, Latviyada gənc mütəxəssislər üçün iqtisadi elmlər üzrə təlim bazasının yaradılması imkanları, həmçinin innovativ layihələrin həyata keçirilməsinə dair məsələlərin müzakirəsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Latviya və Azərbaycan arasında elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafı haqqında memorandum imzalanıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Latviya Elmlər Akademiyasının (LEA) prezidenti, akademik Oyars Sparitisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan və Latviya respublikaları arasında uzun illərdir müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Oyars Sparitis AMEA ilə elmi əməkdaşlığa dair LEA-nın təkliflərini azərbaycanlı həmkarının diqqətinə çatdırıb. Təkliflərin müzakirəsindən sonra Akif Əlizadə qeyd edib ki, AMEA-nın Fizika, İnformasiya Texnologiyaları, Arxeologiya və Etnoqrafiya, Ədəbiyyat, Coğrafiya, Botanika və digər institutlarının rəhbərləri Latviya Elmlər Akademiyası və bu ölkənin ali məktəbləri ilə sıx əlaqələrin tərəfdarıdır. Əlaqələr çərçivəsində elmi mübadilə, müxtəlif istiqamətlərdə müştərək layihə, ezamiyyət, treninq və digər tədbirlər həyata keçirilə bilər.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, görüşün sonunda “Latviya Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafı haqqında” memorandum imzalanıb.
Sənəddə 2014-2015-ci illərdə fizika-texnika və kimya-biologiya elmləri sahəsində müştərək formada fundamental və tətbiqi tədqiqat istiqamətlərinin müəyyən edilməsi, mədəniyyət abidələrinin bərpası üzrə birgə layihələrin mümkünlüyü, Latviyada gənc mütəxəssislər üçün iqtisadi elmlər üzrə təlim bazasının yaradılması imkanları, həmçinin innovativ layihələrin həyata keçirilməsinə dair məsələlərin müzakirəsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 611
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır