Tarix:17/01/14
2013-cü ildə “Skype”ın köməyi ilə həyata keçirilmiş beynəlxalq zənglərin ümumi müddəti 214 milyard dəqiqə təşkil edib ki, bu da 2012-ci illə müqayisədə 26% çoxdur.
Bundan başqa, beynəlxalq zənglər ötən il dünyada həyata keçirilmiş bütün beynəlxalq zənglərin ümumi müddətinin təxminən 40%-ni təşkil edib. Başqa sözlə, abunəçilərin bütün dünyada mobil və stasionar telefonların köməyi ilə beynəlxalq zənglərə sərf etdikləri hər 10 dəqiqənin 4 dəqiqəsi “Skype”ın payına düşüb.
Beynəlxalq telefon trafiki həcminə görə “Skype” internet telefoniya xidmətinin trafikini ötsə də, sonuncunun artım sürəti son dərəcə yüksəkdir. “TeleGeography” şirkətinin məlumatına görə, ötən ildə “Skype”ın beynəlxalq trafiki 54 milyard dəqiqə artıb.
Məlumat mübadiləsi üçün “Skype” və “WhatsApp”, “Facebook Messenger”, “Viber” və başqa alternativ proqramların populyarlığının artmasına baxmayaraq, mütəxəssislər əmindirlər ki, telekommunikasiya qovşaqları (TSOP) çətin ki, yaxın gələcəkdə öz fəaliyyətinə son versin.
"Heç bir şəbəkə əhatə miqyasına görə telekommunikasiya qovşağı ilə müqayisə edilə bilməz. Məsələn, 2013-cü ilin sonunadək “Facebook” sosial şəbəkəsində aylıq təxminən 1,2 milyard istifadəçi olubsa, o zaman mobil və stasionar rabitə istifadəçiləri daxil olmaqla TSOP abunəçilərinin sayı 8 milyardı ötüb" – “TeleGeography” şirkətinin analitiki Stefan Bekert deyib.
Emil Hüseynov
“Skype” internet telefoniya xidmətinin populyarlığı artır
Telekommunikasiya sahəsində araşdırmalar üzrə ixtisaslaşmış “TeleGeography” şirkəti “Skype” internet telefoniya xidmətinin populyarlığının artım tempini qeydə almağa davam edir.2013-cü ildə “Skype”ın köməyi ilə həyata keçirilmiş beynəlxalq zənglərin ümumi müddəti 214 milyard dəqiqə təşkil edib ki, bu da 2012-ci illə müqayisədə 26% çoxdur.
Bundan başqa, beynəlxalq zənglər ötən il dünyada həyata keçirilmiş bütün beynəlxalq zənglərin ümumi müddətinin təxminən 40%-ni təşkil edib. Başqa sözlə, abunəçilərin bütün dünyada mobil və stasionar telefonların köməyi ilə beynəlxalq zənglərə sərf etdikləri hər 10 dəqiqənin 4 dəqiqəsi “Skype”ın payına düşüb.
Beynəlxalq telefon trafiki həcminə görə “Skype” internet telefoniya xidmətinin trafikini ötsə də, sonuncunun artım sürəti son dərəcə yüksəkdir. “TeleGeography” şirkətinin məlumatına görə, ötən ildə “Skype”ın beynəlxalq trafiki 54 milyard dəqiqə artıb.
Məlumat mübadiləsi üçün “Skype” və “WhatsApp”, “Facebook Messenger”, “Viber” və başqa alternativ proqramların populyarlığının artmasına baxmayaraq, mütəxəssislər əmindirlər ki, telekommunikasiya qovşaqları (TSOP) çətin ki, yaxın gələcəkdə öz fəaliyyətinə son versin.
"Heç bir şəbəkə əhatə miqyasına görə telekommunikasiya qovşağı ilə müqayisə edilə bilməz. Məsələn, 2013-cü ilin sonunadək “Facebook” sosial şəbəkəsində aylıq təxminən 1,2 milyard istifadəçi olubsa, o zaman mobil və stasionar rabitə istifadəçiləri daxil olmaqla TSOP abunəçilərinin sayı 8 milyardı ötüb" – “TeleGeography” şirkətinin analitiki Stefan Bekert deyib.
Emil Hüseynov
Baxış sayı: 794
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib