12px13px15px17px
Tarix:17/01/14

Azərbaycanın onlayn ödəmə portalının istifadəçilərinin sayı 100 minə yaxınlaşır


“Hesab.az” onlayn ödəmə portalının istifadəçilərinin sayı sürətlə artır. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, hazırda “Hesab.az”da qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı 95 616 nəfər təşkil edir.
 
“GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” istənilən mobil operatorun, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələri, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus plastik kartlar vasitəsilə ödəmək imkanı verir.
 
Qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet aça, ödəniş tarixçələrini apara və bonus kampaniyasında iştirak edərək müxtəlif növ hədiyyələr ala bilərlər.
 
 Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini, həmçinin cib telefonları vasitəsilə  “m.hesab.az” mobil resursundan da ödəmək olar.
 
CAHANGİR



Baxış sayı: 840

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024