Tarix:17/01/14
“Yahoo!” şirkətinin baş əməliyyat direktoru Enrike de Kastroya işdən çıxarılmasına görə ödəniləcək kompensasiya ABŞ şirkətləri tarixində ən böyük məbləğ olacaq. Bu barədə “Forbes” jurnalı məlumat verib.
Jurnalın yazdığına görə, E.Kastroya “Yahoo!”-nu tərk etməsinə görə ödəniləcək məbləğ 109 milyon dollar təşkil edəcək. Bu məbləği menecerin şirkətdə çalışdığı günlərin sayına bölsək, bazar günləri daxil olmaqla sutkada 244 min dollara bərabər olacaq. Lakin şirkət nümayəndələri əməliyyat direktoruna ödəniləcək pulun məbləğini rəsmən təsdiq etməyiblər.
“Forbes” qeyd edir ki, E.Kastroya ödəniləcək məbləğ ABŞ-da ən yüksək əməkhaqqı alan şirkət rəhbərinin – “Oracle” direktoru Larri Ellisonun illik gəlirini üstələyir. Belə ki, 2013-cü ildə L.Ellisona ödənişlər 70 milyon dollara yaxın olub.
“GMI” konsaltinq şirkətinin məlumatına görə, 2002-2012-ci illərdə ABŞ-ın yalnız 21 top-menecerinə 100 milyon dollardan artıq kompensasiya ödənilib. Ödənişlərin məbləğinə görə lider 2001-ci ildə 417 milyon dollar alan “General Electric” şirkətinin keçmiş rəhbəri Cek Uelşdir.
2012-ci ilin oktyabrında “Yahoo!”-nun yeni baş direktoru Marissa Mayerin (əvvəllər Google-da rəhbər vəzifələrdə çalışıb) təşəbbüsü ilə “Google” şirkətindən gələn E.Kastro “Yahoo!”-da cəmi 15 ay çalışıb. Lakin bəzi məlumatlara görə, onun M.Mayer ilə işbirliyi alınmadığından cari ilin yanvarın 16-da işdən azad olunub, - "Lenta www.lenta.ru” yazır.
“Yahoo!” menecerinə işdən çıxarılmasına görə 100 milyon dollar ödəniləcək

Baxış sayı: 892
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib