12px13px15px17px
Tarix:18/01/14

ABŞ bankomatlarının 95 faizinə “Windows XP” əməliyyat sistemi quraşdırılıb

ABŞ-da quraşdırılmış bankomatların 95%-i “Windows XP” əməliyyat sistemi ilə işləyir. Bu haqda “Bloomberg” agentliyi ölkənin ən böyük bankomat tədarükçüsü, NCR şirkətinin marketinq üzrə direktoru Robert Constona istinadən məlumat yayıb.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 12 il bundan əvvəl çıxarılmış “Windows XP” əməliyyat sisteminin dəstəklənməsi 8 aprel 2014-cü il tarixində bitəcək. Bu gündən etibarən “Microsoft” korporasiyası ƏS üçün yeniləmə çıxarmayacaq və “XP” ilə işləyən kompüterlər haker hücumları qarşısında aciz olacaq.
 
Əksər bankomatların operatorları öz kompüterlərinə “Windows 7” platforması quraşdırmağı planlaşdırırlar.
 
“Windows 7” sisteminə keçid heç də asan olmayacaq, çünki bankomatların çox hissəsi köhnə aparatla işləyir. Onlara yeni əməliyyat sistemi quraşdırmaq üçün kompüteri dəyişmək lazım gələcək ki, bu da əlavə xərc deməkdir.
 
Eyni zamanda agentlik yazır ki, bankomatların bəziləri “Windows XP Embedded” versiyası ilə işləyirlər. “Microsoft” korporasiyası bu sistemi 2016-cı ilədək dəstəkləyəcək.
 
ABŞ-da 420 min, dünyada isə 3 milyondan çox bankomat işləyir.

Emil Hüseynov
 
 



Baxış sayı: 685

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024