Tarix:21/01/14
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü ildəki fəaliyyəti haqqında hesabat konfransı keçirib.
Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev təmsil etdiyi qurumun demokratik ənənələrə sadiq qalaraq hər il geniş ictimaiyyət qarşısında hesabatla çıxış etməsinin şəffaflığın artırılmasına xidmət etdiyini deyərək bunun həm də bütün QHT-lərə nümunə olduğunu bildirib. Şuranın 2013-cü ildəki fəaliyyətinin çox məhsuldar olduğunu bildirən Azay Quliyev ötən il bir sıra istiqamətlər üzrə əhəmiyyətli uğurların əldə olunduğunu deyib.
Şuranın fəaliyyətinin bütövlükdə elektron idarəçiliyə keçdiyini vurğulayan A.Quliyev 2013-cü ilin Prezident İlham Əliyev tətəfindən "İKT ili" kimi elan edildiyini xatırladıb: "Təbii ki, biz də bu prosesdə yaxından iştirak etdik. Çox sevindirici haldır ki, 2013-cü ildə Şuranın bütövlükdə fəaliyyəti elektron idarəçiliyə keçdi. Bu, istər şuradaxili kargüzarlıq işinin həyata keçirilməsi baxımından, istərsə də QHT-lərin layihələrinin qəbul edilməsi baxımından, istərsə də QHT-lərin maliyyə hesabatları verilməsi baxımından çox mühüm hadisədir.
Artıq QHT-lər rahat və asan formada öz fəaliyyətlərini təmin edəcək, Şura ilə əlaqələrini quracaq, öhdəlikləri yerinə yetirə biləcəklər. Hesab edirəm ki, bu, çox mühüm hadisə kimi qeyd olunmalıdır. Qeyd etmək istərdim ki, bizim təşəbbüsümüzlə QHT-lərdən tələb olunan maliyyə hesabat sənədlərinin sayı 9-dan 2-yə endirilib. Yəqin siz bu dəyişiklikləri öz təcrübənizdə hiss edirsiniz. Bu ondan xəbər verir ki, Şuranın məqsədi həqiqətən də QHT-lərə dəstək vermək, yardım etmək, onlara göstərilən xidməti asanlaşdırmaqdır. Ona görə belə hesab edirəm ki, bu məsələ ayrıca qeyd olunmalıdır".
A.Quliyev əlavə edib ki, digər mühüm məsələlərdən biri də ilk dəfə olaraq, mərkəzləşdirilmiş şəkildə QHT-lərin fəaliyyətini işıqlandırmaq, QHT-lərin həyata keçirdiyi layihələr haqqında ictimaiyyətə birinci mənbədən məlumat vermək məqsədilə xüsusi bir veriliş hazırlanıb:
"Xəzər" TV ilə əməkdaşlıq haqqında anlaşmamız var. Layihəmiz çərçivəsində xüsusilə maarifləndirmə baxımından yeni qəbul olunmuş qanunların, ümumiyyətlə, QHT-lərlə bağlı ictimai əhəmiyyət kəsb edən mövzuları, yenilikləri ictimaiyyətə çatdırmaq üçün biz "Cəmiyyət" verilişi təsis etmişik və bir neçə aydır ki, bu veriliş uğurla hazırlanır, efirə verilir. Hesab edirəm ki, bu veriliş Azərbaycanın ayrı-ayrı vətəndaşları da QHT-lərin fəaliyyəti ilə, həyata keçirdiyi layihələrlə bağlı geniş məlumat əldə etmək imkanı baxımından əhəmiyyətlidir".
Seymur Qasımbəyli
QHT-lər elektron formada idarə olunur

Baxış sayı: 629
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır