12px13px15px17px
Tarix:21/01/14

Azərbaycanın İKT sektorunun gəlirləri 2013-cü ildə 11% artıb

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun  gəlirləri 2013-cü ildə 10,7% artıb.
 
Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, 2013-cü ildə müəssisələrə və əhaliyə ümumilikdə 1528,1 milyon manatlıq rabitə xidmətləri göstərilib.
 
İnformasiya və rabitə xidmətlərinin ümumi həcmindən 72,4%-i əhaliyə göstərilən xidmətlərin payına düşüb.  Bu arada əldə edilmiş gəlirlərin 59,1%-i mobil rabitə xidmətlərinin payına düşüb. Ötən il ərzində mobil rabitə sahəsində əldə edilmiş gəlirlərin ümumi həcmi 902,5 milyon manat təşkil edib, bu da 2012-ci ilin göstəricisindən 17,4% çoxdur.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 816

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024