12px13px15px17px
Tarix:21/01/14

Nazir “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı icrası üzrə əmr imzalayıb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamının 3.2-ci bəndinin icrası məqsədi ilə əmr imzalayıb.
 
Əmrə əsasən, "Açıq Hökumətin təşviqinə dair 2012-2015 illər üçün Milli Fəaliyyət Planı"nın bilavasitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərinin icrasına dair 2014-cü il üçün İş Planı", eləcə də "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın bilavasitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərinin icrasına dair 2014-cü il üçün İş Planı" təsdiq edilib. RİTN-in Aparatının struktur bölmələrinə və tabeliyindəki qurumlara İş Planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasının təmin edilməsi tapşırılıb. Əmrin icrasına nəzarət RİTN-in Ümumi şöbəsinə tapşırılıb.
 
 
Qeyd edək ki, İş Planlarına informasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi, Dövlət Qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığın artırılması, maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi, həmçinin, etik davranış qaydalarının təkmilləşdirilməsi, dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığının artırılması istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi daxildir.



Baxış sayı: 1181

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024