12px13px15px17px
Tarix:22/01/14

“Intel” işçi heyətini 5 faiz azaldacaq

“Intel” şirkəti dünya üzrə işçi heyətini 5 faiz azaltmaq niyyətində olduğunu bildirən bəyanat yayıb. Hazırda şirkətdə 107 000 nəfərin çalışmasını nəzərə alsaq, bu, 5 min nəfər deməkdir.
 
“Intel”  resurslarını cari il üçün xərclərə uyğunlaşdırır. Bura işçi qüvvəsinin planlaşdırılan ixtisarı da daxildir. Biz işçi sayını ildə 5 faiz azaltmağı nəzərdə tutsaq da, kütləvi işdən azadolma kampaniyası keçirmirik. İşçi qüvvəsinin ixtisarı dedikdə bir sıra proqramlar, o cümlədən iş yerinin dəyişdirilməsi, könüllü proqramlar, insanların təqaüdə çıxması, eləcə də digər dəyişikliklər nəzərdə tutulur”, - “Intel”in bəyanatında deyilir.
 
Qeyd edək ki, “İntel” ötən həftə  dördüncü rübün maliyyə yekunlarını açıqlayıb. Şirkət qənaətbəxş nəticələr nümayiş etdirsə də, korporativ satışın azalması, eləcə də şirkətin Arizona ştatında yerləşən zavodunun istismara verilməsinin təxirə salınması kimi bəzi vacib məqamlar diqqəti cəlb edir, - "Cybersecurity www.cybersecurity.ru” yazır.



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024