Tarix:22/01/14
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Baş Prokurorluq (BP) informasiya yayıb. BP-dən bildirilib ki, baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.
Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə olunub, məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının geniş tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Həmməruzəçilər ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiklərini, ötən prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini bildirərək Azərbaycan Prokurorluğu ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını ifadə ediblər.
SEYMUR
Prokurorluq orqanlarında İKT-nin tətbiqi ilə əlaqədar AŞPA ilə fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikasının prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə əlaqədar AŞPA rəsmiləri ilə fikir mübadiləsi aparılıb.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Baş Prokurorluq (BP) informasiya yayıb. BP-dən bildirilib ki, baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.
Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə olunub, məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının geniş tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Həmməruzəçilər ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiklərini, ötən prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini bildirərək Azərbaycan Prokurorluğu ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını ifadə ediblər.
SEYMUR
Baxış sayı: 717
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır