Tarix:22/01/14
“Yahoo!” şirkətinə məxsus internet resursları ABŞ-ın fərdi kompüter istifadəçiləri arasında ən populyar saytlar siyahısına başçılıq edir. Bu barədə “comScore” analitik xidmətinin məlumatında deyilir.
2013-cü ilin dekabrında “Yahoo!” saytlarına ümumilikdə 195 milyon fərdi kompüter istifadəçisi daxil olub. İkinci yerdə “Google” internet şirkətinin resursları qərarlaşıb. Bu şirkətin resurslarından dekabrda 192 milyon nəfər yararlanıb. Üçüncü yeri 175 milyon unikal istifadəçi ilə “Microsoft” korporasiyasının saytları tutub. Reytinqdə dördüncü yerə 140 milyon daxilolma ilə “Facebook” sosial şəbəkəsi yiyələnib. Qeyd edək ki, reytinqdə mobil qurğular vasitəsilə resurslardan istifadə üzrə məlumatlar nəzərə alınmayıb.
2011-ci ildən “comScore”un reytinqində mütləq lider “Google” şirkəti olub. “Yahoo!” ilk dəfə internet şirkətini yalnız 2013-cü ilin iyulunda ötə bilib. “comScore”un “Yahoo!” ilə bağlı statistikasında onun tərəfindən satın alınan “Tumblr” bloqhostinqi nəzərə alınmayıb. Hər ay resurs 34 milyon unikal istifadəçi haqqında statistik məlumat toplayaraq onları ayrıca sətirlə verir. 2013-cü ilin dekabrında “Tumblr” ” bloqhostinqi “Twitter” mikrobloqlar servisi, “LinkedIn” sosial şəbəkəsi və “eBay” internet mağazasından geri qalaraq 30-cu yeri tutub.
“comScore”un 2013-cü ildə saytlardan ümumi istifadə üzrə məlumatları (mobil trafik nəzərə alınmaqla) “Google”un yenidən lider olduğunu göstərib. Belə ki, 2013-cü ilin fevralında “Google” saytları 228 milyon nəfərlik aylıq auditoriya toplayıb. “Yahoo!” resurslarından 18 milyon nəfər az istifadə edib. “Microsoft” və “Facebook” saytları hərəyə 175 milyon istifadəçi toplayıb, - "Lenta www.lenta.ru” yazır.
“Yahoo!” ABŞ-da ən populyar saytlar siyahısına liderlik edir

Baxış sayı: 654
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır