Tarix:22/01/14
Belə ki, iştirakçılar “İnstaqram”da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının rəsmi “İnstaqram” səhifəsini (http://instagram.com/atgti_asyou) izləməlidirlər. Videonun yarışa qatılması üçün “#ATGTİ”, “#Aztagram” və “#GencliyiniGoster” həştəqləri mütləq istifadə olunmalıdır. Həmçinin iştirakçıların videolarının görünməsi üçün profilləri mütləq açıq olmalıdır. Saxta səslər toplayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaqlar. ATGTİ-dən verilən məlumata görə, ən çox bəyənilən (“like” toplayan) video qalib olacaq. Qalib iştirakçı planşet ilə mükafatlandırılacaq.
Qeyd edək ki, “Aztagram” (Instagram Azerbaijan) layihəsi foto-sosial şəbəkədən istifadə edən azərbaycanlıları bir yerdə cəmləşdirmək, eləcə də onların çəkdiyi şəkilləri bir yerə yığaraq, digər insanlara təqdim etmək məqsədilə yaradılıb.
Həqiqət İSABALAYEVA
“İnstaqram”da pozitiv gəncliyi əks etdirən “Gəncliyini Göstər” video müsabiqəsi başlayır
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Aztagram” layihəsi Gənclər Günü münasibəti ilə “Gəncliyini göstər” şüarı altında birgə müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün gənclər “İnstaqram”da öz gəncliklərini əks etdirən videonu çəkib paylaşmalıdırlar. 1 fevral saat 23:59-dək davam edəcək müsabiqədə paylaşılan videolar daha çox pozitiv gəncliyi əks etdirməlidir. Müsabiqədə iştirak etmək üçün digər şərtlər də var.Belə ki, iştirakçılar “İnstaqram”da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının rəsmi “İnstaqram” səhifəsini (http://instagram.com/atgti_asyou) izləməlidirlər. Videonun yarışa qatılması üçün “#ATGTİ”, “#Aztagram” və “#GencliyiniGoster” həştəqləri mütləq istifadə olunmalıdır. Həmçinin iştirakçıların videolarının görünməsi üçün profilləri mütləq açıq olmalıdır. Saxta səslər toplayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaqlar. ATGTİ-dən verilən məlumata görə, ən çox bəyənilən (“like” toplayan) video qalib olacaq. Qalib iştirakçı planşet ilə mükafatlandırılacaq.
Qeyd edək ki, “Aztagram” (Instagram Azerbaijan) layihəsi foto-sosial şəbəkədən istifadə edən azərbaycanlıları bir yerdə cəmləşdirmək, eləcə də onların çəkdiyi şəkilləri bir yerə yığaraq, digər insanlara təqdim etmək məqsədilə yaradılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1002
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib