Tarix:22/01/14
Hesabata əsasən, dünyada informasiya təhlükəsizliyi sahəsində təxminən 1 milyon ixtisaslı mütəxəssis çatışmır ki, bu da şəbəkələrin monitorinqi və qorunmasına mənfi təsir göstərir.
Həm özəl, həm də dövlət sektorunda zərərçəkmişə dəymiş iqtisadi zərər və nüfuzuna xələl gətirən yaxşı maliyyələşdirilmiş mütəşəkkil kibertəhlükəsizlik əməliyyatları sadə hücumları əvəzləyib.
“Ağıllı” mobil qurğuların sayının sürətlə artması və “bulud” hesablamalarının populyarlığı hücumların imkanını xeyli genişləndirir. Yeni qurğular və infrastrukturun yaranması nəticəsində cinayətkarların qarşısında yeni hücum imkanları açılır.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2000-ci ilin mayından etibarən təhdid və boşluqların ümumi səviyyəsi maksimum təşkil edib. 2013-cü ilin oktyabrına olan məlumata görə, həyəcan siqnallarının ümumi sayı illik hesablama üzrə 14% artıb.
Hesabata əsasən, dünyada informasiya təhlükəsizliyi sahəsində təxminən 1 milyon mütəxəssis çatışmır. Şəbəkə cinayətkarlarının metod və texnologiyalarının təkmilləşdirilməsi tempi İT və infotəhlükəsizlik sahəsində işləyən ekspertlərin imkanlarını qabaqlayıb. Təşkilatların əksəriyyəti şəbəkələrin daimi monitorinqi və təhlükələrin aşkar edilməsi üçün lazımi mütəxəssis və sistemlərə malik deyil.
Çoxməqsədli troyanlar internetdə ən çox yayılmış zərərli proqram təminatıdır: 2013-cü ildə aşkar edilmiş bütün zərərli proqram təminatının 27%-i onların payına düşüb. Zərərli skriptlərin (eksployt və iframes) payı 23% təşkil edib. Parolları ələ keçirən troyanlar və “backdoor” tipli proqramlar isə 22%-ə sahiblənib.
“Java” kibercinayətkarlar arasında ən populyar proqramlaşdırma dili olaraq qalır.
Emil Hüseynov
Dünyada informasiya təhlükəsizliyi sahəsində təxminən 1 milyon ixtisaslı mütəxəssis çatışmır
“Cisco” şirkətinin informasiya təhlükəsizliyi üzrə illik hesabatında deyilir ki, son 13 ildə istifadəçilərin kompüter sistemlərinə, proqramlara və şəxsi şəbəkələrə etibarına hesablanmış təhlükələr və boşluqlar rekord səviyyəyə çatıb.Hesabata əsasən, dünyada informasiya təhlükəsizliyi sahəsində təxminən 1 milyon ixtisaslı mütəxəssis çatışmır ki, bu da şəbəkələrin monitorinqi və qorunmasına mənfi təsir göstərir.
Həm özəl, həm də dövlət sektorunda zərərçəkmişə dəymiş iqtisadi zərər və nüfuzuna xələl gətirən yaxşı maliyyələşdirilmiş mütəşəkkil kibertəhlükəsizlik əməliyyatları sadə hücumları əvəzləyib.
“Ağıllı” mobil qurğuların sayının sürətlə artması və “bulud” hesablamalarının populyarlığı hücumların imkanını xeyli genişləndirir. Yeni qurğular və infrastrukturun yaranması nəticəsində cinayətkarların qarşısında yeni hücum imkanları açılır.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2000-ci ilin mayından etibarən təhdid və boşluqların ümumi səviyyəsi maksimum təşkil edib. 2013-cü ilin oktyabrına olan məlumata görə, həyəcan siqnallarının ümumi sayı illik hesablama üzrə 14% artıb.
Hesabata əsasən, dünyada informasiya təhlükəsizliyi sahəsində təxminən 1 milyon mütəxəssis çatışmır. Şəbəkə cinayətkarlarının metod və texnologiyalarının təkmilləşdirilməsi tempi İT və infotəhlükəsizlik sahəsində işləyən ekspertlərin imkanlarını qabaqlayıb. Təşkilatların əksəriyyəti şəbəkələrin daimi monitorinqi və təhlükələrin aşkar edilməsi üçün lazımi mütəxəssis və sistemlərə malik deyil.
Çoxməqsədli troyanlar internetdə ən çox yayılmış zərərli proqram təminatıdır: 2013-cü ildə aşkar edilmiş bütün zərərli proqram təminatının 27%-i onların payına düşüb. Zərərli skriptlərin (eksployt və iframes) payı 23% təşkil edib. Parolları ələ keçirən troyanlar və “backdoor” tipli proqramlar isə 22%-ə sahiblənib.
“Java” kibercinayətkarlar arasında ən populyar proqramlaşdırma dili olaraq qalır.
Emil Hüseynov
Baxış sayı: 851
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır