12px13px15px17px
Tarix:22/01/14

Müdafiə sənayesi naziri: “Rəqəmli teleyayıma keçidlə bağlı nazirliyin müəssisələrində DVB-T tipli dekoderlərin sistemləri mənimsənilib”

2013-cü ildə aviasiya bombalarının nümunələri hazırlanıb, sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində işlər aparılır. “Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitələrinə 14,5 mm-lik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılıb. “Orbiter-2M” tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib. Bu barədə Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2013-cü ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclasında nazir Yavər Camalov məlumat verib.
 
 
Onun sözlərinə görə, ötən il 2012-ci illə müqayisədə nazirlik üzrə istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi 3,7 faiz artıb. İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötüb. 2013-cü ilin nəticələrinə görə istehsal olunaraq sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi artıb: “2013-cü ildə 107 mm-lik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, 120 mm-lik döyüş minasının və digər məmulatların yaradılması işləri tam başa çatdırılıb, seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunub. Eləcə də BRDM-2 və BTR-70 tipli zirehli texnikaların sınaqları başa çatdırılıb və sifariş olunan sayda təkmilləşdirilərək  respublikanın güc qurumlarına təhvil verilib”.
 
Nazir qeyd edib ki, bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir. Həmçinin tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlar üzrə istehsal sahələrinin  genişləndirilməsi ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. 2007-ci illə müqayisədə 2013-cü ildə mülki məmulatların istehsal həcmində 2 dəfə artım əldə olunub və çeşidlərin sayı 450-ni ötüb:
 
 
 “Nazirliyin müəssisələrində mülki məhsullardan: neft-qaz sənayesində işlədilən müxtəlif növ nəzarət və idarəetmə sistemlərinin, dəstləşdiricilərin, traktorlar üçün tırtılların, 4 və 6 laylı çap lövhələrinin, rəqəmli teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlərin, neft quyularında dərinlik nasoslarının işinə nəzarət edən “Dinomoqraf DM” cihazının, gəmilərin təmiri üçün ehtiyat hissələrinin, səyyar yemək termoslarının, plastik kütlədən hazırlanmış taraların, müxtəlif güclü akkumulyator batareyalarının, 12 kalibrli qoşalülə və yarımavtomat yivsiz ov tüfənglərinin, işıqforlarda taymer sisteminin, polis məntəqələri üçün teleskop tipli maneə sistemləri və s. mənimsənilib”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024