Tarix:22/01/14
“Sözügedən məsələ təhsil, rabitə və telekommunikasiya ilə bağlıdır. İnternetdə axtarış edilən zaman, əsasən də ən çox istifadə olunan açıq ensiklopediya - “Vikipediya”da Azərbaycan dilində çox az sayda məlumata rast gəlinir. Məlum məsələdir ki, “Vikipediya”ya məlumatı istənilən şəxs və ya şəxslər yerləşdirə bilər ki, bu halda da bəzən məlumatların düzlüyünə və həqiqi mənbələrinə şübhə yaranır.
Eyni zamanda torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş şəxslərlə bağlı və s. kimi məlumatlara ümumiyyətlə “Vikipediya”da rast gəlinmir. Bəzi məlumatlar isə yalnız bir dildə yerləşdirilib. Təklifim odur ki, universitet, kollec və s. təhsil müəssisələrində bununla bağlı bir iş görmək imkanı var. Məsələn, Texniki Universitetdə hər hansı bir kafedrada (mütləq deyil ki, sırf yaxın sahə olsun) kurs işləri və ya bu tip işlər görülürsə, bir qrup tələbəyə bir sahə üzrə məlumat toplamaq imkanı vermək və bu məlumatların elektron şəkildə təqdim olunmasını tələb etmək yaxşı olardı. Nəzərə alaq ki, buna həm tələbələrin və həm də müəssisələrin imkanı çatar. Həmin məlumatları yoxlamaq və lazım olan təşkilata ötürmək olar. Bununla da biz “Vikipediya”da olan boşluqları doldurmaq imkanı qazanırıq. Digər tərəfdən, həmin məlumatların düzgün olduğundan əmin olduqda onu dilçilərə təqdim etməklə müxtəlif dillərə tərcümə etməklə də yerləşdirə bilərik. Azərbaycan Dillər Universiteti, Slavyan Universiteti və s. müəssisələrin tələbələrindən bu cür istifadə etmək mümkündür ki, bunları əlavə məsrəflər tələb etmədən həyata keçirmək olar”.
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) də Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında ölkəmizlə bağlı məlumatların inkişaf etdirilməsi məqsədilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində “VikiHərəkat” layihəsinin icrasına dəstək verib. Layihə Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) tərəfindən həyata keçirilib.
Həqiqət İSABALAYEVA
“Online fikir bankı” layihəsində ayın qalibi “Vikipediyada olan boşluqlar” ideyası oldu
“Online fikir bankı” layihəsində dekabr ayının qalibi artıq müəyyən olunub. Bu, “Vikipediyada olan boşluqlar” ideyasının müəllifi Elnur Əliyevdir. Gənclər və İdman Nazirliyindən (GİN) bildirilib ki, qalib 2 fevral 2014-cü il tarixdə 2 Fevral- Gənclər Günü münasibətilə təşkil olunacaq təntənəli mərasimdə GİN tərəfindən qalib olaraq elan ediləcək, diplom və dəyərli hədiyyə ilə mükafatlandırılacaq. Layihənin təsvirinə gəlincə, müəllif təhsil müəssisələrinin bu işdə yaxından kömək edə biləcəyi qənaətindədir:“Sözügedən məsələ təhsil, rabitə və telekommunikasiya ilə bağlıdır. İnternetdə axtarış edilən zaman, əsasən də ən çox istifadə olunan açıq ensiklopediya - “Vikipediya”da Azərbaycan dilində çox az sayda məlumata rast gəlinir. Məlum məsələdir ki, “Vikipediya”ya məlumatı istənilən şəxs və ya şəxslər yerləşdirə bilər ki, bu halda da bəzən məlumatların düzlüyünə və həqiqi mənbələrinə şübhə yaranır.
Eyni zamanda torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş şəxslərlə bağlı və s. kimi məlumatlara ümumiyyətlə “Vikipediya”da rast gəlinmir. Bəzi məlumatlar isə yalnız bir dildə yerləşdirilib. Təklifim odur ki, universitet, kollec və s. təhsil müəssisələrində bununla bağlı bir iş görmək imkanı var. Məsələn, Texniki Universitetdə hər hansı bir kafedrada (mütləq deyil ki, sırf yaxın sahə olsun) kurs işləri və ya bu tip işlər görülürsə, bir qrup tələbəyə bir sahə üzrə məlumat toplamaq imkanı vermək və bu məlumatların elektron şəkildə təqdim olunmasını tələb etmək yaxşı olardı. Nəzərə alaq ki, buna həm tələbələrin və həm də müəssisələrin imkanı çatar. Həmin məlumatları yoxlamaq və lazım olan təşkilata ötürmək olar. Bununla da biz “Vikipediya”da olan boşluqları doldurmaq imkanı qazanırıq. Digər tərəfdən, həmin məlumatların düzgün olduğundan əmin olduqda onu dilçilərə təqdim etməklə müxtəlif dillərə tərcümə etməklə də yerləşdirə bilərik. Azərbaycan Dillər Universiteti, Slavyan Universiteti və s. müəssisələrin tələbələrindən bu cür istifadə etmək mümkündür ki, bunları əlavə məsrəflər tələb etmədən həyata keçirmək olar”.
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) də Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında ölkəmizlə bağlı məlumatların inkişaf etdirilməsi məqsədilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində “VikiHərəkat” layihəsinin icrasına dəstək verib. Layihə Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) tərəfindən həyata keçirilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1008
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib