12px13px15px17px
Tarix:22/01/14

Azərbaycanda yaxın zamanda məişət zorakılığı edən şəxslərin məlumat bankı istifadəyə veriləcək


Azərbaycanın ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı edən şəxslərin məlumat bankını yaxın zamanda istifadəyə verməyə hazırlaşır.
 
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda məlumat bankı testləşdirmə mərhələsini keçir.
 
“Məişət zorakılığı edən şəxslərin məlumat bankının yaradılması üzrə işlər 2012-ci ildən etibarən başlanılıb. Yaxın zamanda məlumat bankının istifadəyə verilməsi nəzərdə tutulub. Bankın yaradılması bu sahədə real vəziyyəti aydınlaşdırmaq üçün tələb olunan dəqiq statistikanı müəyyən etməyə və bu halların qarşısının alınmasına, ailələrdə normal münasibətlər yaratmağa və bu halların nəticələrini aradan qaldırmağa imkan verir”,- deyə komitədə bildiriblər.
 
Qeyd edilən məlumat bankı Azərbaycan hökumətinin məişət zorakılığı etmiş şəxslərin profilaktik uçotu və tərbiyəvi-profilaktik işlərin aparılması qaydaları əsasında yaradılıb. Məlumat bankının yaradılmasında əsas məqsəd, cinayət xarakteri daşıyan və daşımayan məişət zorakılığı hallarının dəqiq sayının müəyyən edilməsi, Daxili İşlər Nazirliyindən, məişət zorakılığı qurbanlarının müraciət etdikləri sosial reabilitasiya mərkəzlərindən məlumatların toplanmasıdır.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024