12px13px15px17px
Tarix:23/01/14

İqtisadiyyat və sənaye naziri: “Sənayenin innovasiyalar əsasında inkişafı davam etdiriləcək”

Gələcək illərdə də sənayenin modernləşdirilməsi siyasəti davam etdiriləcək. Bununla əlaqədar olaraq, sənayenin innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunub.

Eyni zamanda, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması sahəsində ardıcıl tədbirlər həyata keçiriləcək. Bu siyasətə uyğun olaraq, ölkənin regionlarında sənaye potensialının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılacaq.
 
 
Bu fikri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev YAP-a müsahibəsində qeyd edib. Nazir bildirib ki, növbəti mərhələdə sənayenin inkişafının əsas istiqamətlərindən biri də bu sahədə dövlət dəstəyinin genişləndirilməsidir:
 
 
 "Bu baxımdan, sənaye parklarının yaradılması sahəsində zəruri işlər sürətləndiriləcək. Qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Təsadüfi deyil ki, artıq Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının yaradılması işləri həyata keçirilir, artıq Sumqayıt Kimya Sənaye Parkında 2 rezident qeydiyyata alınmışdır. Eləcə də Gəncə və Mingəçevir şəhərlərində, Bakının Qaradağ rayonunda da müasir sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulur. Qeyd olunanlarla yanaşı, yeni sahələr kimi kosmik və müdafiə sənayelərinin inkişafına, alternativ enerji istehsalının genişləndirilməsinə xüsusi diqqət yetiriləcək. Bütün bunlar isə, prezident İlham Əliyevin müəyyən etdiyi mühüm vəzifələrin uğurlu icrasını, müasir, innovativ, rəqabətqabiliyyətli və ixracyönümlü sənayenin formalaşmasını təmin edəcək".
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024