Tarix:23/01/14
Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, Cəlal Əliyev tərəfindən hələ keçən əsrin 70-ci illərindən bioloji problemlərin həllinə biologiya ilə yanaşı, riyaziyyat və kompüter elmləri sahələrindən mütəxəssislərin cəlb edilməsinə başlanılıb, Azərbaycanda yeni tədqiqat istiqamətlərinin, o cümlədən, riyazi və kompüter biologiyası və bioinformatikanın bünövrəsi qoyularaq əsaslı surətdə inkişaf etdirilib:
“Xüsusi qeyd olunmalıdır ki, biologiyada inteqrativ yanaşmaların dünyada ilk təşəbbüskarlarından biri akademik Cəlal Əliyev olub. Bu elmi ixtisasların vəhdəti nəticəsində respublikada ilk dəfə olaraq biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək mümkün olub”.
Bu istiqamətdə ixtisaslaşmış azərbaycanlı alimlər hazırda ölkəmizdə və onun hüdudlarından kənarda (Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Pakistan, Oman, Türkiyə və s.) böyük uğurlar əldə edir, Azərbaycanı yüksək səviyyədə təmsil edirlər.
Akademiyadan qeyd edilib ki, uğurların nəticəsi kimi, 2008-ci ildə Bakı şəhərində Cəlal Əliyevin 80 illik yubileyinə həsr olunmuş “Bioinformatika: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Həqiqət İSABALAYEVA
Akademik Cəlal Əliyev “Kompüter biologiyası və bioinformatika” jurnalının redaksiya heyətinin üzvü seçilib
AMEA Botanika İnstitutunun “Bioloji məhsuldarlığın fundamental problemləri” şöbəsinin müdiri, akademik Cəlal Əliyev Avstraliyada nəşr olunan “Kompüter biologiyası və bioinformatika” jurnalının redaksiya heyətinin üzvü seçilib. Bununla əlaqədar jurnalın baş redaktoru Dr. Jade MakGildən (Jade McGill) məktub daxil olub. Məktubda alimin fəaliyyətinin bu sahənin gələcək inkişafına böyük dəstək olacağı qeyd olunur.Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, Cəlal Əliyev tərəfindən hələ keçən əsrin 70-ci illərindən bioloji problemlərin həllinə biologiya ilə yanaşı, riyaziyyat və kompüter elmləri sahələrindən mütəxəssislərin cəlb edilməsinə başlanılıb, Azərbaycanda yeni tədqiqat istiqamətlərinin, o cümlədən, riyazi və kompüter biologiyası və bioinformatikanın bünövrəsi qoyularaq əsaslı surətdə inkişaf etdirilib:
“Xüsusi qeyd olunmalıdır ki, biologiyada inteqrativ yanaşmaların dünyada ilk təşəbbüskarlarından biri akademik Cəlal Əliyev olub. Bu elmi ixtisasların vəhdəti nəticəsində respublikada ilk dəfə olaraq biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək mümkün olub”.
Bu istiqamətdə ixtisaslaşmış azərbaycanlı alimlər hazırda ölkəmizdə və onun hüdudlarından kənarda (Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Pakistan, Oman, Türkiyə və s.) böyük uğurlar əldə edir, Azərbaycanı yüksək səviyyədə təmsil edirlər.
Akademiyadan qeyd edilib ki, uğurların nəticəsi kimi, 2008-ci ildə Bakı şəhərində Cəlal Əliyevin 80 illik yubileyinə həsr olunmuş “Bioinformatika: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 3023
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır