Tarix:23/01/14
Buraya internet vasitəsilə sınaq imtahanlarına qeydiyyat, virtual sınaq imtahanlarının keçirilməsi, "Abituriyent" jurnallarının elektron satışı, yayılması və digər xidmət növləri də əlavə edilsə, demək olar ki, yarım milyondan artıq insan TQDK tərəfindən göstərilən elektron xidmətlərdən yararlanıb. Komissiyadan qeyd edilib ki, müasir informasiya texnologiyalarının qəbul prosesinə uğurlu tətbiqi TQDK-nın fəaliyyətinin şəffaflığını artırmaqla bərabər, həm də insanların vaxtına və maddi vəsaitinə qənaət edilməsinə, onların zəhmətinin yüngülləşdirilməsinə, rahatlığının təmin olunmasına yönəlib:
"Bu proses ölkəmizdə həyata keçirilən "Elektron hökumət" proqramının inkişafına dəyərli töhfə olub, yüz minlərlə gəncə məhz bu proqramın tələblərinə uyğun xidmət göstərilib. Digər tərəfdən, İKT-nin qəbul proseslərinə ardıcıl tətbiqi bütövlükdə gənclərin, xüsusilə kənd rayonlarında yaşayan gənclərin İKT texnologiyalarını öyrənməsinə və tətbiq etməsinə olduqca əlverişli stimul olub".
TQDK-nın İKT-dən, o cümlədən internetdən istifadə etməklə ölkədə informasiya cəmiyyəti quruculuğuna xidmət üçün həyata keçirdiyi tədbirlərin təsnifatına gəlincə, buraya "Sınaq imtahanlarına yazılışın internet vasitəsilə aparılması", "Onlayn sınaq imtahanlarının keçirilməsi", "Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun elektron üsulla həyata keçirilməsi", "Ali və orta ixtisas təhsili müəssisələrinə elektron ixtisas seçiminin aparılması", "Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulda qeydiyyatın və qabiliyyət imtahanları üzrə nəticələrin işlənməsinin internet vasitəsilə aparılması", "İmtahana buraxılış vərəqlərinin internet vasitəsilə gerçəkləşdirilməsi", "Abituriyentlərə kömək məqsədilə fənlər üzrə videomühazirələrin təşkili", "Bölgələrin təhsil işçilərinin TQDK-nın tədbirlərinə qatılması üçün Komissiyanın inzibati binası ilə bölgələr arasında videobağlantıların qurulması" daxildir.
Həmçinin təsnifatda "TQDK-nın "Ödəmə kartı"nın elektron satışının tətbiqi", "Mənim məktəbim" saytında respublikanın bütün ümumtəhsil məktəblərinin məzunlarının "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin fəaliyyəti", "Magistratura və rezidentura səviyyələrinə ərizə qəbulu zamanı elektron imza sertifikatı olan şəxslərə sənəd qəbulu komissiyalarına müraciət etmədən öz ərizələrini özləri tərəfindən elektron imza ilə təsdiq etmək imkanının yaradılması", "Orta ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə prosesinin həyata keçirilməsi üçün tələb olunan kompüter proqramlarının qısa müddət ərzində işlənib hazırlanması, tətbiq olunması", "Magistratura səviyyəsinə imtahan balları elan olunarkən bakalavrların cavab kartlarının qrafik təsvirlərinin onların fərdi səhifələrində yerləşdirilməsi" aiddir.
Həqiqət İSABALAYEVA
Yarım milyondan artıq insan TQDK-nın elektron xidmətlərindən yararlanıb
İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) kütləvi xarakter daşıyan qəbul kampaniyası proseslərinə tətbiqi istiqamətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) işlər bu il də intensiv şəkildə davam etdirilib və bu sahədə bir çox yeni layihələr həyata keçirilib. Bununla da yüz minlərlə vətəndaşa elektron formada xidmət göstərilib.Buraya internet vasitəsilə sınaq imtahanlarına qeydiyyat, virtual sınaq imtahanlarının keçirilməsi, "Abituriyent" jurnallarının elektron satışı, yayılması və digər xidmət növləri də əlavə edilsə, demək olar ki, yarım milyondan artıq insan TQDK tərəfindən göstərilən elektron xidmətlərdən yararlanıb. Komissiyadan qeyd edilib ki, müasir informasiya texnologiyalarının qəbul prosesinə uğurlu tətbiqi TQDK-nın fəaliyyətinin şəffaflığını artırmaqla bərabər, həm də insanların vaxtına və maddi vəsaitinə qənaət edilməsinə, onların zəhmətinin yüngülləşdirilməsinə, rahatlığının təmin olunmasına yönəlib:
"Bu proses ölkəmizdə həyata keçirilən "Elektron hökumət" proqramının inkişafına dəyərli töhfə olub, yüz minlərlə gəncə məhz bu proqramın tələblərinə uyğun xidmət göstərilib. Digər tərəfdən, İKT-nin qəbul proseslərinə ardıcıl tətbiqi bütövlükdə gənclərin, xüsusilə kənd rayonlarında yaşayan gənclərin İKT texnologiyalarını öyrənməsinə və tətbiq etməsinə olduqca əlverişli stimul olub".
TQDK-nın İKT-dən, o cümlədən internetdən istifadə etməklə ölkədə informasiya cəmiyyəti quruculuğuna xidmət üçün həyata keçirdiyi tədbirlərin təsnifatına gəlincə, buraya "Sınaq imtahanlarına yazılışın internet vasitəsilə aparılması", "Onlayn sınaq imtahanlarının keçirilməsi", "Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun elektron üsulla həyata keçirilməsi", "Ali və orta ixtisas təhsili müəssisələrinə elektron ixtisas seçiminin aparılması", "Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulda qeydiyyatın və qabiliyyət imtahanları üzrə nəticələrin işlənməsinin internet vasitəsilə aparılması", "İmtahana buraxılış vərəqlərinin internet vasitəsilə gerçəkləşdirilməsi", "Abituriyentlərə kömək məqsədilə fənlər üzrə videomühazirələrin təşkili", "Bölgələrin təhsil işçilərinin TQDK-nın tədbirlərinə qatılması üçün Komissiyanın inzibati binası ilə bölgələr arasında videobağlantıların qurulması" daxildir.
Həmçinin təsnifatda "TQDK-nın "Ödəmə kartı"nın elektron satışının tətbiqi", "Mənim məktəbim" saytında respublikanın bütün ümumtəhsil məktəblərinin məzunlarının "Tələbə-məzun" dövlət elektron məlumat sisteminin fəaliyyəti", "Magistratura və rezidentura səviyyələrinə ərizə qəbulu zamanı elektron imza sertifikatı olan şəxslərə sənəd qəbulu komissiyalarına müraciət etmədən öz ərizələrini özləri tərəfindən elektron imza ilə təsdiq etmək imkanının yaradılması", "Orta ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə prosesinin həyata keçirilməsi üçün tələb olunan kompüter proqramlarının qısa müddət ərzində işlənib hazırlanması, tətbiq olunması", "Magistratura səviyyəsinə imtahan balları elan olunarkən bakalavrların cavab kartlarının qrafik təsvirlərinin onların fərdi səhifələrində yerləşdirilməsi" aiddir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 977
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır