12px13px15px17px
Tarix:23/01/14

Yeni il qabağı satışlar fonunda “Ebay”ın mədaxil və gəliri artıb

"Ebay" internet şirkətinin məlumatına görə, 2013-cü ilin son üç ayı ərzində onun mədaxil və gəliri yeni il qabağı yüksək satış fonunda, həmçinin "PayPal" ödəmə şirkətinin dövriyyəsinin yüksəlişi sayəsində artıb.
 
Bundan sonra "Ebay"ın rüblük səhmlərinin qiyməti 5.5% artaraq 57,40 dollar olub.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətin baş direktoru Donaxyu deyib ki, hazırda "Ebay" internet hərracının gəlirinin təxminən 50%-i "PayPal" ödənişlərdir.
 
Xatırladaq ki, "Ebay" 2002-ci ilin sonunda "PayPal" ödəmə sistemini satın alıb və hazırda bu aktiv "Ebay" biznesinin inkişafının əsas hərəkətverici qüvvəsidir. "PayPal" sistemi Elon Mask tərəfindən yaradılıb və o, hazırda "SpaceX" və "Tesla Motors" şirkətlərində baş direktor vəzifəsində işləyir.
 
Son rübdə "Ebay" internet şirkətinin mənfəəti 850 milyon dollar və ya 1 səhm üçün 65 sent olub ki, bu da ötən illə müqayisədə 13% çoxdur. Şirkətin əməliyyat gəliri 1 səhm üçün 81 sent təşkil edib. "Ebay"ın mədaxili 4,53 milyard dollar təşkil edib. Analitiklər 4,55 milyard dollar gözləyirdilər.
 
Emil Hüseynov
 



Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024