Tarix:23/01/14
Ekspertlər böyük ekranlı smartfonlar bazarının fəaliyyət göstərən mobil qurğu istehsalçıları üçün artım mənbəyi olacağını düşünür. Belə ki, onlar həqiqi texnologiya və qurğu sevənlər üçün aparatlar yarada biləcək. İlk dəfə bu bazara “Samsung” şirkəti çıxsa da, hazırda “LG”, “Nokia”, “Alcatel” və hətta Hindistanın az tanınan “Intex” şirkəti böyük ekranlı smartfonlar istehsal edib.
Böyük ekranlı smartfonların tərəfdarlarının sayının artması ilə əlaqədar onların çeşidi və qiyməti də artacaq. Hazırda məşhur şirkətlər bahalı böyük ekranlı qurğular istehsal etməyə üstünlük verir, nisbətən zəif istehsalçılar isə gəliri az olan alıcıları cəlb etmək üçün başlanğıc səviyyəli aparatlar yaradır.
“Juniper Research”in hesabatında o da qeyd olunur ki, böyük ekranlı smartfonlar bazarında “Android” və “Windows” əməliyyat sistemləri lider olacaq. “Windows”un uğuru “Nokia”dan asılı olduğu halda “Android”in əsas hərəkətverici qüvvəsi “Samsung” şirkəti hesab edilir.
“Canalys” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin üçüncü rübündə 56 milyon böyük ekranlı smartfon buraxılıb ki, bu da sözügedən qurğular sinfinə dünya smartfonlar bazarının 22 faizinə sahib çıxmağa imkan verib. Göstərilən həcmin 66 faizi 5 düymlü, 31 faizinin ekran ölçüsü 5-6 düymlü displeylər olub, - “DailyComm www.dailycomm.ru” yazır.
2018-ci ilədək böyük ekranlı smartfonlar bazarının həcmi 6 dəfə artacaq
“Juniper Research” şirkəti analitiklərinin proqnozlarına görə, 2018-ci ilədək böyük ekranlı smartfonların (onlar hazırda daha çox planşetofon kimi tanınır) tədarük həcmi 120 milyonu ötəcək ki, bu da 2013-cü illə müqayisədə 6 dəfə çoxdur. Bu mobil elektronikaya Asiya, o cümlədən Cənubi Koreya və Çin istifadəçiləri daha çox diqqət yetirəcək.Ekspertlər böyük ekranlı smartfonlar bazarının fəaliyyət göstərən mobil qurğu istehsalçıları üçün artım mənbəyi olacağını düşünür. Belə ki, onlar həqiqi texnologiya və qurğu sevənlər üçün aparatlar yarada biləcək. İlk dəfə bu bazara “Samsung” şirkəti çıxsa da, hazırda “LG”, “Nokia”, “Alcatel” və hətta Hindistanın az tanınan “Intex” şirkəti böyük ekranlı smartfonlar istehsal edib.
Böyük ekranlı smartfonların tərəfdarlarının sayının artması ilə əlaqədar onların çeşidi və qiyməti də artacaq. Hazırda məşhur şirkətlər bahalı böyük ekranlı qurğular istehsal etməyə üstünlük verir, nisbətən zəif istehsalçılar isə gəliri az olan alıcıları cəlb etmək üçün başlanğıc səviyyəli aparatlar yaradır.
“Juniper Research”in hesabatında o da qeyd olunur ki, böyük ekranlı smartfonlar bazarında “Android” və “Windows” əməliyyat sistemləri lider olacaq. “Windows”un uğuru “Nokia”dan asılı olduğu halda “Android”in əsas hərəkətverici qüvvəsi “Samsung” şirkəti hesab edilir.
“Canalys” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin üçüncü rübündə 56 milyon böyük ekranlı smartfon buraxılıb ki, bu da sözügedən qurğular sinfinə dünya smartfonlar bazarının 22 faizinə sahib çıxmağa imkan verib. Göstərilən həcmin 66 faizi 5 düymlü, 31 faizinin ekran ölçüsü 5-6 düymlü displeylər olub, - “DailyComm www.dailycomm.ru” yazır.
Baxış sayı: 1690
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır